04İndi bazar piştaxtalarında satılan əriyi yeməyin tam vaxtıdır. Mütəxəssislər də deyir ki, hər meyvəni öz mövsümündə yeyin. Bəs ərik almadan əvvəl faydalarının nə olduğu sizi maraqlandırmır?
“Gencaile.az” əriyin faydalarını təqdim edir.
Ərik bol miqdarda A, B, C və P vitamin tərkiblidir. Həm də maqnezium, kalsium, fosfor, kükürd, dəmir, xrom və manqanaz kimi mineral tərkibli bir meyvədir. Faydaları isə saymaqla bitmir.
– Ağciyər və dəri xərçənginə qarşı qoruyur.
– Miqren ağrılarını sakitləşdirir.
– Mədədəki xoranın sağalmasına yardım edir.
– İnfarkt riskini azaldır.
– Qan yaradır.
– Qəbizlik problemi yaşayanlar üçün məsləhətdir.
– Sümük əriməsinin qarşısını alır.
– Böyüməkdə olan uşaqlar üçün olduqca faydalıdır.
– Dərini qidalandırır və nəmləndirir.
– Qırışların yaranmasını gecikdirir.
– Sakitləşdirir.
– Yuxu problemini həll edir.
– Bədənə enerji verib yorğunluğu aradan götürür.