ULVIYYE EFENDIYEVA

Məktəblərdə xoşagəlməz hallar: Kimdir müqəssir?

Baxış sayı: 951

Son günlərdə məktəblərdə məktəblilerin xoşa gəlməz görüntüləri paylaşılır. Təbii ki , bunlar heç də nümunəvi hallar deyil.  Biz “Məktəb-ikinci evimiz, Müəllimlərimiz -ikinci  anamızdır “psixologiyasilə böyümüşük.

mekteb

 Bəs indi nə baş verir?

Əminəm ki , bu balalarımız evlərində valideynləri qarşısında bu “istedadlarını” nümayiş etdirmirlər.  Anlayış göstərməyə çalışırıq ki, qapanmalardan sonra şagirdlərin məktəbə uyğunlaşması zaman aldı. Amma çox şükür o günlər geridə qaldı, bizlər gələcəyi düşünməliyik.

Heç də ürəkaçan olmayan bu görüntülərdə müqəssir axtarmaq çox asandır. Bəzilərimiz müəllimləri, bəzilərimiz valideynləri,  bəzilərimiz övladlarımızı qınayırıq.

Güc birlikdədir. Yaxşı olar ki, analarımızla yanaşı atalarımız da övladlarımıza dəstək olub, onlarla dost olsunlar, ehtiyac varsa, psixoloqa müraciət etsinlər. Nələrin ziyan olduğunu dostcasına izah etməyə çalişmaq lazımdır. Məktəb elm ocağıdır,  müəllimlərimiz isə elmi nurlandıran şəxslərdir.  Təbii ki, şərəfli peşənin peşəkarlarının  hər bir şagirdi öz övladı olaraq qəbul edib, doğru-düzgün yol göstərməyi daha məqdədəuyğun olar.

mekteb

Gənclərimiz də öz növbəsində Vətən sevgisi, tərbiyəvi davranışları, savadları ilə öz sağlam gələcələrini qurmağa çalişsalar, özlərindən kiçiklərə nümunə olsalar daha yaxşı olar.

Axı biz vətənini , anasını ölümdən uca tutan Azərbaycan övladlarıyıq. Canı qanı bahasına torpaqlarımızı geri qaytaran şəhidlərimizin bacı- qardaşlarıyıq.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir