ders

Məktəblilər üçün vitaminlər

Baxış sayı: 487

Valideynlər yeni dərs ilinə hazırlaşan uşaqların tətildən sonra tez-tez stress keçirmələri ilə qarşılaşırlar. Bəs şagirdlərə bu stresin öhdəsindən gəlməyə necə kömək etmək olar? Uşaq yaxşı yuxuya getmirsə, narahat yatırsa və səhər gümrah qalxmırsa nə etməli? Bu barədə həkimlər “Rossiya” kanalının “Ən vacibi haqqında” verilişində məlumat veriblər.

Tədris ili boyu orqanizmin sağlamlığını qorumaq üçün şagirdlərə müəyyən mikroelementlərin və vitaminlərin müntəzəm qəbulu vacibdir. Vitamin çatışmazlığı müasir uşaqların sağlamlıq problemlərinin mühüm səbəblərindən biridir. Bu maddələr orqanizmdə çoxlu faydalı funksiyaları yerinə yetirir. Çatışmazlıq aradan qaldırılarsa, bu, emosional stresi də tamamilə aradan qaldıra bilər.

Uşağın psixoloji və emosional vəziyyətinə təsir edən əsas elementlər aşağıdakılardır:

Glisin

Əsəbiliyi azaldır, beyin toxumalarında metabolik prosesləri azaldır, öyrənməni yaxşılaşdırır, idrak funksiyalarını, yaddaşı, diqqəti yaxşılaşdırır, sosial adaptasiyanı və əhval-ruhiyyəni asanlaşdırır. Glisin digər şeylərlə yanaşı, yuxunu da normallaşdırır. Bu amin turşusuna gündəlik tələbat 0,1 qramdan çox deyil. Onu gündəlik bir yumurta, 100 qram dana əti, qoz, kilkə balıqdan istifadə etməklə də ala bilərsiniz.

Maqnezium

Bu element metabolik proseslərdə iştirak edir. Maqnezium əsəbiliyi azaldır, yuxunu, əhval-ruhiyyəni yaxşılaşdırır. Orqanizmdə kifayət qədər olmadıqda uşaqlarda göz yaşı, emosional dəyişkənlik, əsəbilik və kabuslar inkişaf edir. Uşaqların gündəlik maqneziuma ehtiyacı 130 milliqramdır. Maqnezium qoz-fındıqda, qatıqda, bananda, süd məhsullarında və yulaf əzməsində bol olur.

B vitaminləri (vitamin B6)

Onlar sinir qişalarının normal quruluşunu təmin edir, B vitaminləri sinir hüceyrələrinin metabolizmində iştirak edir və sinir impulslarının ötürülməsinə kömək edir. B6 vitamini şam qozası, yağsız ət, halva və paxlalı bitkilərdə olur. Bir uşaq üçün B6 vitamininin gündəlik tələbatı 0,8 ilə 1,5 milliqram arasındadır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir