Nezrin Cerullayeva 3

Məktəblilərdə motivasiya bacarıqlarını necə inkişaf etdirməli?

Baxış sayı: 759

Bir işdə uğur qazanmaq ucun o işə böyük əmək və zaman vermək lazımdır. Davamlı olaraq əmək və zaman vermək üçün  motivasiyaya ehtiyac duyulur. Motivasiyanı bir işi etmək istəyi və enerjisi olaraq da adlandıra billərik.

Bəzən valideynlər övladlarından birinin daim dərs calışdığını ona heç vaxt dərs oxu xəbərdarlığı etmədiyini dediyi halda digər uşağına dərs etdirmək üçün mubairzə aparmaq məcburiyyətində olduğunu deyir. Burda eyni ailədə böyuməsinə baxmayaraq hər iki uşağın dərs çalışmasındakı fərqin səbəbi çalışma motivasiyasıdır.

Məktəb həyatı olduqca uzun və çətin dönəmdir həm validynlər həm də sagirdlər üçün. Şagirdlərin məktəbdə keçirdikləri zamanla yanaşı evdə də dərs etmək kimi məcburiyyəti var. Bunun üçün yuksək motivasiyaya ehtiyac var. Əgər övladınız iç motivasiyaya sahibdirsə, bu mövzuda sanslı sayılırısnız. Çünki davamlı olaraq övladınızla dərs etməsi movzusunda uzun mubahisələr aparmayacaqsınız. Əlbəttə, daxili motivasiyaya sahib uşaqların da çalışma motivasiyası zamanla azala bilər.

Xüsusi ilə də istədikləri uğuru görə bilmədiyi halda çalısma istəkləri azala bilir. Bu vəziyyət çox uzun süurməz və doğru yaxınlaşma ilə çalışma motivasiyası yarana bilər.

Əgər övladınız xarici motivasiyaya sahibdirsə, işinizin daha çətin olduğunu deyə bilərik. Bu halda övladınız dərs çalışmağa başlamyacaq başlasa belə, bu qisa muddəti olacaqdır. Bir gün dərs oxuyub 3-4 gün oxumaq istəməyəcək. Siz isə ona davamlı olaraq dərs oxu deməkdən bezeceksiniz.

ders

Valideynlərin övladlarını dərs oxuması üçün motive etmek adına etdiyi yanlışlar:

1) Müqayisə etmək – Övladınızı başqaları ilə müqayisə etməyin. Müqayisə etmək övladınıızn daha çox dərs oxumasına kömək etməyəcək .

2) Nəsihət, məsləhət vermək –  Tez tez uşağa məsləhət vermək bu işdə sizə komək etmyəcək.Uşaqlarda frontal lob dediyimiz beynin ön hissəsi məntiqli düşünmə, gələcəklə bağlı planlar qurmaq kimi funksiayaları işə salır. Bu hissə uşaqlarda tam olaraq inkisaf etmədiyi üçün sizin danışdığınız  məntiqli söhbətlər uşaqlarda işə yaramayacaq.

3) Qorxutmaq Çalişmazsa başına gələ biləcək şeylərlə uşağı qorxutmayın. Belə oxumaqla məktəbi qurtara bilməyəcəksən,  sən bu gedişlə sinifdə qalacaqsan və .b. kimi cumlələr övladınızın dərs oxuma motivasiyasını azaldacaq.

4) Təhdid etmək – Uşağınız dərs oxumadığı halda telefonu əlindən almaq, həyətə cixmağa icazə vermemək, sevdiyi məşğuliyyətdən məhrum etmək kimi hallarda təhdid etmək övladınzızn calışma motivasiyasını azltdığı kimi qayğısının da artırmasına səbəb olacaq.

5) Öz həyatınızdan nümunə göstərmək – Valideynlər övladlarına öz yaşadıqlarını sıxıntıları cətinlikləri imkansızlıqlar içində böyüdüyünü danısıb övladalrının bu vəziyyətdən dərs alamsını istəyir. Əlbəttə, bunu zaman zaman etmək problem deyil, lakin hər axşam dərs saatı gələndə «biz usaq olanda» kimi başlayan cümlələrlə öz həyatınızdan hekayeler danışmaq çalısma motivasiyasını artırmayacaq. Bir çox valideyn artıq bunu təcrubə etmişdir.

6) Daim uşağa «dərs oxu» demək – Bu zaman uşağın otağına getsəniz,  stolun üstünə kitablarını yığmış olduğunu görəcəksiniz. Lakin uşağınızın dərs çalışmaq üçün deyil, sizin təzyiqiniz altında qaldığı üçün bunu etmiş olacaq.

7) Övladınıza daim »ona güvəndiyinizi demək- Düşünə bilərsiniz ki, burda yanlış heç nə yoxdur, amma əksinə, bu cümlə övladınıza daim motivasiya veren fikir olsa da, bu fikirin də tez tez təkrarlanması uşağı təzyiq altında saxlaya bilər. «Qızım, mən sənə güvənirəm, sən universittə daxil olacaqsan, sən imthanları yaxşı verib məktəb birincisi olacaqsan. Həkim olub bizə baxacaqsan.» kimi cümlələr «qızım sən məktəbi yaxşı oxumaq məcburiyyətindəsən mesajıni vermiş olur.

8) Böyük hədəflər qoymaq – Uşağınızın dərs oxumasını, çalısmasını təmin etmək üçün yuksək hədəflər qoymaq motivasiyanın azalmasına səbəb ola bilər. Hədəflər uşağın potensialina uyğun qoyulmalıdır. Edə biləcəyinin altında və ya çox üstündə olmamalıdır. Belə olmadığı halda həm motivasiya azalır, həm də özgüvən azlmış olacaq.

valideyn

Uşaqlarda daxili motivasiyanı təşkil etməyin təməlləri

1) Uşağın özünü tanımasına kömək etmək güclü və zəif cəhətlərini fərq etməsi

2) Özünü bildiyi kimi qəbul etmə ehtiyaclarını bilməsi

3) Özünə hədəflər qoymasına kömək etmək və nə istədiyini bilmək

4) Müsbət düşünməsinə kömək etmək, qarşılaşdığı vəziyyəti doğru tanımlama və problemləri həll edə biləcəyinə inanma

5) Güvən duyma, bacarıram duygusunu asılamaq

6) Etmək istədikləri ilə etməli olduqalrı arasında balans yaratmaq.

Məsələn komputer oynamaq üçün dərslərini bitirməli oldugunu bilmək.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir