Xəyanət bütün zamanların aktual problemidir. İstənilən yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir.
Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir?
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirir ki, xəyanət üçün səbəblər müxtəlifdir:
“Mənəvi aclıq, fiziki ehtiyac, psixoloji travmalardan yaranan xarakter, şəxsiyyət pozğunluğu və sevgisizlik xəyanətlərə səbəb ola bilir. Bu səbəbləri müdafiə edənlər və heçə sayanlar da var. Ona görə də xəyanət individual və böyük məsələdir. İnsanların birlikdə olduğu müddətdə xəyanət də olacaq. Xəyanət insan yaranandan var və bu dəyişmir. Daha çox xəyanətdən danışmaq və meyillənmək insanların mənəvi aclığından irəli gəlir. İnsanların ruhu rahatlıq tapa bilmədiyi üçün yenidən axtarışlara gətirib çıxarır. Yenidən axtarış isə xəyanətlərin çoxalmasında özünü göstərir. Bəzi insanlar deyə bilər ki, aclıqdan deyil. Ancaq bir insan bir insanın yanındadırsa, başqasında nə tapıb ki, xəyanət edir. Yaxşı olar ki, məntiqlə nə axtarırdın deyə söhbət etmək lazımdır. Əgər münasibət bitibsə, ayrılmaq daha doğrudur”.
Fidan Həmişəyeva