Çox sevindirici haldır ki, 44 günlük müharibə barədə romanlar yazılır, filmlər çəkilir, tamaşalar səhnələşdirilir.
6 dekabr tarixində Bakı Gənclər Mərkəzində Qaradağ rayon Qızıldaş qəsəbəsi Mədəniyyət Mərkəzi və “Tərəqqi Academy FN”–nin birgə təşkilatçılıqı ilə” Mən orada idim” adlı tamaşa nümayiş etdirildi.
” Mən orada idim” əsərində 44 günlük müharibədə iştirak edən müəllif-müəllim Əli Abbasovun keçirdiyi hisslər, müharibədə baş verən hadisələr yer almışdır.Əli müəllim 44 dəqiqəlik tamaşada şəhid olmuş oğullarımızın son 44 saniyəsinə kimi hansı hisslərlə şəhidlik məqamına ucaldıqlarını qeyd etmiş və bizlərə o hissləri bu kitab və səhnə vasitəsi ilə yaşatdı.

Tamaşada Əli Abassovun öz şagirdləri rol almışlar. Tədbirdə Şəhid anaları, qazilər, bir çox tanınan ziyalılar, millət vəkli Vüqar İsgəndərov, Xalq şairi Sabir Rüstəmxanlı, Vətən müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin atası Əbdül bəy, Vətən müharibəsi qazisi Fədai Abdullayev, ” Təhsil tədris mərkəzi”nin təsisçisi və direktoru Rəvanə Hüseynova, Respublika Qadınlar Cəmiyyətinin həssas təbəqələrlə iş departamentinin müdiri Vəfa Rzayeva, psixoloq, 71 nömərli məktəbin direktor səlahiyyətlərini icra edən Səidə Əhmədova, “Telan tədris” mərkəzinin direktoru Gülnarə Cəbiyeva, İqtisadiyyat üzrə fəlsəfə doktoru Əbdül Musazədə, həvəskar şair, qiraətçi, Vətən Müharibəsi Veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər, psixoloq Fazil Cəfərov və məktəb direktorları,şagirdlər,iş adamları və tələbələr iştirak etdilər.Hərbi Orkestrin solisti, bir çox hərbi marşların və Vətənpərvər mahnıların müəllifi, vokalçı- bəstəkar Anar İlhamlı öz ifası ilə iştirakçılara duyğulu anlar yaşatdı
Tədbirin aparıcısı Ülviyyə Əbülfəzqızı idi.
Sonda isə tədbirin təşkilatçısı “Tərəqqi Academy FN”rəhbəri psixoloq Fazilə Camalova çıxış edərək həm tamaşa haqqda fikirlərini bölüşdü ,həmdə dəvətlilərinə dərin təşəkkürlərini bildirdi.
Bu sayaq tədbirlər onu ehtiva edir ki, müharibə iştirakçıları – qəhrəmanlarımız ölməzdirlər. Bu xalq, bu dövlət onları əsla unutmayacaq.

















































































































































































