yorgunluq

Mənfi əhval-ruhiyyədə qəbul edilməli olan qidalar

Baxış sayı: 626

Sağlam bədəndə sağlam ruh olar. Orqanizminiz xoşbəxtlik hormonlarını çoxaltmaq, əsəb və stresinizi azaltmaq üçün dəstəyə ehtiyac duyur. Bu isə təkcə gözəl bir musiqiyə qulaq asmaq və ya sevdiyiniz bir işlə məşğul olmaqla mümkün deyil. Düzgün qidalar istehlak etmək lazımdır. Bəs özümüzü necə hiss edəndə hansı qidaları yeməliyik?

Beləliklə, mənfi əhval-ruhiyyədə qəbul edilməli olan qidaları təqdim edirik:

Yorğunsunuzsa stresli bir dövrdəsinizsə və özünüzü halsız hiss edirsinizsə, süd, pendir və ya ayran istehlak edərək sakitləşə və enerji qazana bilərsiniz.

Özünüzə inamınız azalıbsa balıq yeyin. Balıqdakı fosfor özünə inamınızı bərpa etməkdə sizə dəstək olacaq. Balıqdan başqa paxlalı bitkilərin də istehlak etmək tövsiyə olunur.

Əsəbisinizsə kahı, cəfəri, adaçayı, yaşıl çay, fındıq, qoz, bal istehlak edə bilərsiniz. Həmçinin əsəbləşdiyiniz zaman qırmızı ət, qəhvə, siqaret və spirt içkilərdən uzaq durun.

Özünüzü xoşbəx hiss etmək üçün çiyələk, banan, ananas, kivi, göyərti yeyin.

Bundan başqa, maye qəbul etməyə xüsusi diqqət ayırın.

Yaşıl çay: Yaşıl çayın tərkibindəki l-theanine adlı amin turşusu əhval-ruhiyyənizdəki dalğalanmalarda tarazlığı təmin edəcəkdir.

Su: Ən təbii antidepresandır. Bədəninizdə kifayət qədər su yoxdursa, depressiya əlamətləri yaranacaqdır.

Qidalanma həm orqanizm, həm də psixologiya üçün çox vacibdir. Sağlam qidalanmaq və mütəmadi olaraq idman etmək həyat keyfiyyətləri artırır və özünüzü daha yaxşı hiss etməyə imkan verir. Həmçinin, bir mütəxəssisdən psixoloji dəstək almağınız da tövsiyə olunanlar sırasında yer alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir