Bəzi insanlar nə edirsiz edin, yenə də neqativ düşüncəli olmağa davam edərlər. Onların bu üzgünlüyü sadəcə çöldəki havaya, ya da iş yerindəki vəziyyətlə bağlı deyil, onlar sanki bir zəhər kimi ətrafdakı bütün enerjini əməcəklər.
“Gencaile.az” hər birimizin ətrafında olan bu tip insanlarla baş etmənin yollarını təqdim edir.
Onlarla daha az vaxt keçirin
Mənfi enerjili insanların sağlığımıza zərər verəcəyi elmi olaraq təsdiqlənib. Niyə bunu bilə-bilə özünüzə zərər verəsiz ki?!
Düşüncələrinizi dilə gətirin
Bundan qorxmayın. Əgər sakitcə onu dinləsəniz, dediklərini qəbul etmiş olursuz.
Davranışlarında bir problem yoxmuş kimi davranmayın
Belə düşüncələrdə olmasının yaxşı bir şey olmadığnı ona göstərin.
Onların problemlərini öz probleminiz kimi mənimsəməyin
Empatiya, canıyananlıq nə qədər xüsusi bir hiss olsa da, artığı da zərərlidir.
Mövzunu dəyişdirin
Əgər mənfi bir şeydən danışmağa başlayırsa, dərhal mövzunu dəyişin.
Problemləri deyil, həll yollarını danışın
Onlara “bunu necə həll edə bilərsən?”, “ səncə, onlar nələr hiss edir?” kimi suallar verməklə fərqli baxış əldə etmələrinə çalışın.
Onları geridə buraxın
Həyatda bəzən işimizə yaramayan şeyləri geridə buraxmanın faydası vardır. Əgər bu insan bir ailə başçısıdırsa, onunla keçirdiyiniz vaxta məhdudiyyətlər qoyun.