“Bu gün Bakı və ətraf qəsəbələrdə kirayə qiymətləri keçən illərlə müqayisədə ən azından 25 faiz qiymətləri qalxıb”.
Bu sözləri daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyir.
Qiymət artımlarının öz təsirini daha çox göstərdiyi sahə kirayə mənzil bazarıdır. Hazırda kirayə mənzil bazarında yaranan gərginliyin səbəbi nədir? Maraqlıdır, kirayələrin qiyməti orta hesabla nə qədərdir?
Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında həm mənzil çatışmazlığı, həm də kəskin qiymət artımı qeydə alınır:
“Hazırda Bakı şəhərində mərkəzi yerlərində köhnə tikili mənzillərin aylıq kirayə qiyməti təmirindən mərtəbəsindən asılı olaraq 1 otaqlı 350 man – 500 azn arasında, 2 otaq isə 450 man dan 600-dək, 3 otaqlı mənzillər isə 550azn dən 750 man-dək dəyişir. Yeni bina evlərində isə 1 otaqlı evlər yenə də yeri, mərtəbəsinə, təmirinə görə 600 azn-dən 800 azn-dək, 2 otaqlı evlər isə 850 azn-dən 1000 azn-dək, 3 otaqlı evlər isə 1100 azn-dən 1600 manata dəyişən qiymətlərlə təklif edilir”.
Ekspert qeyd edib ki, bu qiymətlər ancaq şəhərin mərkəzi hissələrinə aiddir:
“Şəhərin digər hissələrində isə qiymətlər bunlarla müqayisədə 30 faizi azdır. Kirayə evlər Günəşli, Əhmədli, Neftçilər, Q.Qarayev metro ətrafı, Yasamal, 9 mikrorayon və digər kənar yerlərdə qiymətlər şəhərə yaxın ərazilərdə daha aşağıdır. Bir sözlə, hazırki kirayə mənzil bazarında qiymətlərin may ayının sonuna qədər enməsini güman etmirəm. Ancaq məktəblərin tətil olması və may ayının sonları qiymətlərdə enməsi və evlərin boşalıb təkrar kirayə bazarına çıxması müşahidə ediləcək”.
A.Nəsirov insanları ehtiyatlı olmağa və dələduzlara aldanmamağa çağırır:
“Mən bir sözü xüsusi ilə qeyd etmək istəyirəm ki, indi mənzil bazarında yaranmış bu böhrandan bəzi dələduzlar öz xeyirləri üçün istifadə edib insanları aldatmağa çalışırlar. Gərək ev axtararkən ehtiyatı əldən verməsinlər və heç kimə onlayn beh göndərməsinlər. Çünki belə hallarda öz pullarını itirə bilərlər. Dələduzlar yaxşı təmirli evləri elana bir az ucuz qiymətə qoyur və evə baxmağın problem olmasını əsas gətir. Ev tapmaqda çətinlik çəkənlər isə onun toruna düşür. Belə ki, evi heç kimə verilməməsi üçün beh göndərir. Pul gələndən sonra o nömrəni əngəlləyir və bir daha cavab vermir. Belə halların yaşanmaması üçün kirayə götürəcəyiniz evi görmədən beh verməyin”.
Fidan İlqar