“Azərbaycanda hazırkı mənzil bazarı başqa ölkələrlə müqayisə etsək ölkəmizdə əmlak bazarı 2022-ci il üçün pis olmadı”.
Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Anar Nəsirov deyir.
“Buna səbəb kimin Rusiya-Ukrayna arasında olan müharibə başladıqdan sonra istər Ukrayna tərəfindən istər də Rusiya tərəfindən gələn turistlər və müharibə qorxusundan qaçan insanlar Azərbaycanda olan ab-havanı yaxşı gördükdən sonra burada mənzil sahibi olmağa qərar verdilər”.
Ekspertin sözlərinə görə, başqa ölkələrdən Azərbaycana köçən insanların ölkəmizi seçməsinin əsas səbəbi təhlükəsizlik baxımından güvənli bir ölkə olmasıdır:
“Düzdür bu insanların Azərbaycanı seçməsində bir çox amillər var o amilərdən biri Azərbaycanın güvənli bir ölkə olmasıdır. Bu da öz növbəsində mənzil bazarında hərəkətlilik yaratdı. Belə ki, onların seçimlərinə nəzər salsaq görərik ki, onlar bu mənzilləri müvəqqəti yaşamaq üçün almırlar. Onların seçimlərində daha çox komforta və şəhərin ən gözəl yerləri olar ərazilərə maraq salmaqları bunu deməyə əsas verir. Çünki o mənzilləri əgər müvəqqəti almaq istəsə idilər onda daha çox ucuz mənzillər seçmiş olardılar. Hazırda Bakı və ətraf qəsəbələrdə mənzil bazarı çox hərəkətlidir”.
“İndi mənzil bazarında ən çox təlabat ipoteka ilə alınan mənzillərədir” – deyə, ekspert əlavə edir:
“Bu mənzillər söküntüyə getməyən və Sovet dövründə 1980-ci illər dövründə tikilmiş 9 mərtəbəli binalardır. Bundan başqa yeni tikilmiş binalarda 250.000 AZN-ə qədər və çıxarışı alınmış mənzillərə ipoteka üçün daha çox təlabat var.
Bakı şəhərinin mərkəzində indi 1-2-3 otaqlı Sovetlər dövründə tikilmiş mənzillərin qiymətlərində daha çox artım qeydə alınmışdır. Buna səbəb kimi onların qiymət nöqteyi-nəzərdən daha əl çatan olmasıdır. İndi bu mənzillər yerinə görə 1 otaqlı mənzil 60000 AZN-dən 95 000 AZN-ə qədər qiymətlərlə təklif edilir iki otaqlar isə 85000 AZN-dən 135000 AZN-ə qədər qiymətlərlə təklif edilir.
Ekspert deyir ki, üç otaqlı mənzillər isə yenədə yerinə uyğun olaraq 110000 AZN-dən 170000 AZN-ə qədər təklif edilir:
“Əgər ötən illərlə müqayisə etsək, indi əmlak almaq istəyənlərin daha çox hisəsi həyət evləri yox bina evlərinə üstünlük verirlər. Buna səbəb kimin həyət evlərinin daha problemli olmağını səbəb kimin göstərirlər. Bu problemlərdən ən böyüyü isə həmin evlərin çıxarışlı olmaması və o evləri almağın çox riskli olması əsas kimin göstərilir. Həyət evlərində bu kimi problemlərin olması isə öz növbəsində bina evlərinə təlabatı daha artırır və o civarda olan mənzillərin qiymətlərinin artmasına gətirib çıxarır. Əgər qardaş Türkiyə kimi bizim də ölkəmizdə Memar Barışı kimi lahiyələr həyata keçirilsəydi bəlkədə bu həyət evlərinə təlabatı artırardı. Qardaş ölkədə bu problem bütün tikilmiş həyət evlərin əfv edilməsi və sənədləşdirilməsi baş tutdu və tikilən evin kvadratına uyğun dövlət rüsumu ödənilməklə həmin evlər sənədləşdirildi və vergiyə cəlb edildi. Bizdə isə bu evlər heç bir vergi vermir və alqı-satqısı zamanı heç bir dövlət rüsumu ödənilmir bu da öz növbəsində dövlət büdcəsinə milyonlarla pulun verilməməsi deməkdir.
“İndi əmlak bazarında əmlak almaq istəyən alıcıların 55 faizini ipoteka ilə almaq istəyənlər təşkil edir” – deyə, o əlavə edir:
“İpoteka olmayan vaxt mənzil bazarı çox aşağı alıcılıq qabilliyəti olur. Deyə bilərəm ki, ipoteka mənzil bazarına ikinci nəfəsi verir və bazarda alıcılıq qabiliyyəti yarı yarıya artır və daha hərəkətlilik olur. Azərbaycan mənzil bazarının başqa ölkələrdən gələnlərin maraq göstərməsi və burda mənzil sahibi olmaq istəmələrinin əsas səbəbi kimi bu ölkəyə inam və etibarlarının olmasından xəbər verir”.
Aynurə Xudaverdiyeva