merci

Mərci şorbasını necə hazırlamaq lazımdır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 2. 598

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə  mərci şorbasının hazırlanma qaydası ilə tanış olacaqsınız. Xatırladaq ki, təqdim etdiyimiz mərci şorbası resepti 4-6 nəfər üçün nəzərdə tutulub.

Tərkibi:

Soğan 1 baş
Kök 1 ədəd orta
Pomidor 1 ədəd iri
Qırmızı mərci 1 Stəkan
Su 1,5 litr
Qarğıdalı yağı 2 x.q
Duz 1 ç.q
İstiot 1/2 ç.q
Sarıkök 1 ç.q
Quru nanə 1 çimdik
Limon 1/2 Ədəd və ya hazır limon sousu

Hazırlanması:

Soğanın qabığını soyun və doğrayın və şorbanı bişirəcəyiniz qazanda (3-4 litr tutumlu) qarğıdalı yağında qızılı rəng alana kimi qızardın.

Kökü təmizləyin halqa-halqa doğrayıb soğanın üzərinə tökün.

Pomidoru bıcaqla deşin və üzərinə qaynar su tökün, 5-10 dəq. sonra qabığı asanlıqla çıxacaq. Doğranmış pomidoru şirəsi ilə birgə tökün qazanın içinə. Əgər təzə pomidor yoxdursa onu konservləşmişlə də əvəz edə bilərsiz, əsas qabığını soyun.

Qırmızı mərcini yuyun, suyunu süzün və əlavə edin tərəvəzlərin yanına. Bir az qovurub üzərinə su/bulyonu əlavə edin. Qazanın ağzını örtüb 30-40 dəq. orta odda bişirin. Nəticədə su yarısı qədər azalmalıdır.

Şorbanı duzlayın, istiotlayın və sarı kök əlavə edin. Zövqə görə qırmızı istiot və ya şirin paprika əlavə edə bilərsiniz.

Şorbanı əl blenderi ilə çalın. Əl blenderi bu cür suplar üçün daha rahatdır, çünkü şorbanı soyutmadan isti-isti çala bilərsiniz. Kombaynda isə şorbanın soyumasına xeyli vaxtınız gedə bilər, həm də bu halda qazanı bir neçə dəfə kombaynın qabına tökməlisiniz ki, bu da narahatdır.

Hazır şorbanı boşqaba töküb, yanında limon və nanə ilə masaya verin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir