Alman mətbəxinin ləziz təamlarından olan qaymaqlı frikasse çoxlarınızın sevimli yeməyinə çevriləcək. Asan hazırlanan bu yeməyin dadı uzun müddət gələn qonaqlarınızın damağından getməyəcəyinə əmin ola bilərsiniz. Beləliklə, bu fərqli təamın reseptini təqdim edirik:
“Frikasse”-ni hazırlamaq üçün bizə lazım olan ərzaqlar:
Toyuq
1 ədəd yerkökü
250 qram gül kələm
200 qram yaşıl noxud
150 qram qarğıdalı
3 yemək qaşığı un
200 ml qaymaq
Duz
İstiot
İndi isə hazırlanma qaydasına baxaq:
Toyuğu qaynadıb, ətini ayırın. Doğradığınız tərəvəzləri tavaya yerləşdirib üzərinə toyuğun suyundan töküb bişirin. 3 qaşıq unu bir az sulandırıb yeməyə əlavə edib 5 dəqiqə bişin. Duz və istiot tökün. Daha sonra 200 qram qaymağı töküb qarışdırıb, ocağı söndürün. Qalan toyuq suyu ilə plov hazırlayıb birlikdə servis edə bilərsiniz. Nuş olsun!