Rusiyada tanınmış cərrah, flebologiya mərkəzinin baş həkimi Andrey Çupeyev bildirib ki, qan laxtalanması riskini əhəmiyyətli dərəcədə artıra bilən bir sıra məhsullar var.
Həkim qeyd edib ki, sarımsaq, giləmeyvə, balıq, tünd şokolad və zəncəfilin tromboz riskini azaltmağa kömək etdiyinə dair qənaət var, ancaq o, bununla razılaşa bilmir, çnüki bu məhsulların trombozun qarşısının alınmasında effektivliyin sübuta yetirilməyib.
Çupeyev bildirib ki, tromboflebit, tromboz və varikoz damarlarına meyilli insanlar bu qidaların istifadə etdikdə yalnız qanın viskozitesini artırır. Həkim belə insanları K vitamini ilə zəngin qidalardan çəkinməyə çağırıb. Bunlara cəfəri, ispanaq və digər yaşıl və sarı tərəvəzlər daxildir.
Mütəxəssis qidalanmanın, prinsipcə, tromboza təsir edə biləcəyinə şübhə etdiyini bildirib və bu məsələdə tibbi məsləhətləşmələrə, müayinələərdaha çox güvənməyə çağırıb.