ABŞ-da yaşayan məşhur türk cərrahı Mehmet Öz yeni tip koronavirusla bağlı önəmli açıqlama verərək virusdan qorunmaq üçün 8 maddəlik tövsiyə ilə çıxış edib.
Cərrah qeyd edib ki, bu virusdan qaçış yoxdur: “Bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız tutulacağıq. Ancaq nə qədər sonra tutulsaq, o qədər yaxşıdır. Başqa sözlə, tam qorunma təmin etmir. Tam qorunma həmişə immunitetinizdir.”.
Həkimin koronavirusdan qorunmaq üçün verdiyi 8 maddəli tövsiyə aşağıdakıdır:
1. Özünüzü karantinə alın, ətrafdan təcrid edin. Virusa ən gec yoluxanlar ən şanslıları olacaq,
2. Təmizliyə diqqət edin,
3. Bol meyvə-tərəvəz yeyin,
4. Sarımsaq, qatıq, kefir yeyin,
5. Sağlamlığa xeyir olan qida əlavələri, vitaminlər qəbul edin.
6. Hərəkət edin, idmanla məşğul olun,
7. Siqareti tərgidin,
8. Bol su için