İnsanları “ağ ölüm”ə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə sayılıb. Təəsüflər olsun ki, saysız-hesabsız insanların həyatına son qoyan narkomanlıq, ona aludə olanların sayı günü-gündən artır. İnsanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq narkomaniya onu çox asanlıqla öz ağuşuna ala bilir. Hətta bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb.
“Gencaile.az” “Modern.az”-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
Almaniyanın reyxskansleri, dünya iddialı Adolf Hitlerin narkotik asılılığı olub. 3-cü Reyx morfin, kodein, ömrünün son bir neçə ilində isə metadondan istifadəyə üstünlük verib.
Böyük Britaniyanın baş naziri olmuş nəhəng siyasətçi Uinston Çörçil alkoqol içkilərə həvəs göstərməklə yanaşı, narkotik vasitə sayılan metamfetomindən istifadə edib.
Psixoanaliz elminin banisi Ziqmund Freyd kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Lakin yaxın dostu Ernest fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.
Kinoaktrisa, müğənni və model, 20-ci əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monro narkotik vasitə əvəzinə böyük dozalarda barbiturat dərmanları qəbul edib.
Boks üzrə dünya çempionu Mayk Tayson da narkotik vasitələrin aludəçisi olub. Hətta ona Arizona ştatı məhkəməsi tərəfindən 24 saat azadlıqdan məhrumetmə və 3 illik şərti cəza verilib. Buna səbəb isə keçmiş çempionun narkotik vasitədən istifadəsi və sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.
Narkotik vasitələr populyar ifaçı, şair, aktyor, milyonların sevimlisi Vladimir Vısotskinin həyatına da daxil olub. Vladimir Vısotski artıq 1976-cı ildə heroindən istifadə etməyə başlayıb.
Məşhur rus şairi və dramaturqu Vladimir Mayakovskinin yaxın dostları alkoqollu içkilərə üstünlük versələr də, onun spirtli içkilərə meyli olmayıb. Şair öz “ilham”ını kokaindən alıb.
Qalmaqallı Hollivud ulduzu Lindsey Loxan artıq neçə illərdir ki, narkotik vasitələrin əsirinə çevrilib. O, buna görə məhbus həyatı da yaşayıb. Lindsey kokaindən istifadə edir və narkotik vasitələrdən istifadə etdikdən sonra alkoqollu içkilər qəbul edir.
Narkotik vasitələrdən istifadə tanınmış rus müğənnisi Lolitanın ailəsinin dağılmasına səbəb olub. Həyat yoldaşı Aleksandr Zarubin bunun qarşısını almaq istəsə də, heç nəyə nail ola bilməyib. Lolita kokaindən istifadə edir.
20-ci əsrin tanınmış bəstəkarlarından biri olan, “Cazın qara knyazı” adını daşıyan Maylz Devis də narkomaniyaya qurşanıb. Müsiqiçi kokain istifadəçisi olub.
Dövrünün məşhur rok musiqiçisi, koreya əsilli şair, rəssam, aktyor, “Kino” rok qrupunun yaradıcısı və rəhbəri Viktor Tsoy da özünü “ağ ölüm həzzi”ndən məhrum etməyib.
Xatırladaq ki, Viktor Tsoy 28 yaşında avtomobil qəzası nəticəsində həlak olub. Bəzi versiyalara görə, Tsoy avtomobili idarə edərkən narkotik vasitələrin təsirindən müvazinətini itirib.
Tanınmış türk aktyoru, “Yaprak dökümü” serialında Şevket obrazını yaradan Caner Kurtaran kokaindən istifadə etdiyinə görə həm sənətində, həm də səhhətində problemlər yaşayıb.
Sevimli türk müğənnisi Yıldız Tilbe də narkotik vasitələrin aludəçisi olub. O hətta buna görə həbs olunub. Müğənni bu bəladan xilas olmaq üçün müalicəsinə kifayət qədər məbləğ də sərf edib.