evlilik

Məşhurların evlilikləri – 7 dəfə evlənən də var, 3 gün evli qalan da

Baxış sayı: 498

Məşhurların şəxsi həyatları da hər zaman tamaşaçılarının maraq dairəsində olub. Məhz bunu nəzərə alıb, film və proqramlarını sevərək izlədiyimiz populyar şəxslərin şəxsi həyatları barədə maraqlı faktları təqdim edirik.

“Möhtəşəm yüz il” serialının Sultan Süleymanı Halit Ergencin ilk evliliyi aktrisa Gizem Soydanla olub. Gizem Soydan bir zamanlar “Arka sokaklar” serialında komissar rolunu ifa edirdi. “Min bir gecə” serialının çəkilişləri zamanı aktrisa Bergüzar Korelə aşiq olan Halit xanımı ilə boşanıb ona evlənib. Boşanmaq üçün Gizemə 225 000 lirə təzminat ödəyib. Hazırda Bergüzar və Halitin 3 övladı var.

Acun Ilıcalı  evlənib-boşanmaları ilə gündəmə gəlib. Zeynəb Yılmaz və Şeyma Subaşı ilə evliliyi çox bilinsə də, onun 19 yaşında Seda Başbuğ ilə evli olduğunu az adam bilir.

Qocalsa belə, şahanə gözəlliyini itirməyən Nebahat Çehre gəncliyində məşhur aktyor, “çirkin kral” ləqəbli Yılmaz Güneylə evli olub.  Nebahat 1982-ci ildən bəri tənha yaşayır.

Sezen Aksu ilk dəfə 1972-ci ildə iş adamı Hasan Yüksektepe ilə evlənib. Bu evlilik 3 gün sürmüş, boşandıqdan sonra Hasan “Minik Sərçə”nin ən yaxın dostu Baharla evlənmişdi. Sezen Aksunun sevgili sarıdan bəxti gətirməyib. Onun  ikinci sevgilisini isə əlindən məşhur müğənni Yıldız Tilbe oğurlamışdı.

Seda Sayan 7 dəfə ailə qurub. Onun ilk əri Ridvan Kılıc adlı futbolçu olub. Hər zaman özündən çox gənc sənət adamları ilə ailə quran Seda xanımın bu evliliklərinin saxta olduğunu düşünənlər də var. Deyirlər, o məşhurlaşmaq istəyən gənc sənətçilərlə müqavilə əsasında evlənib, onları populyar etdikdən sonra boşanır və bu yolla pul qazanır.

Emel Sayın  da bir neçə dəfə ailə quran məşhurlardandır. O İsmet Kasaqboğlu adlı iş adamı ilə iki dəfə evlənib boşanıb. Hazırda subaydır.

Müjde Ar ilk dəfə rejissor Samim Deger adlı rejissorla evlənib. Hazırda siyasətçi Erkan Karakaş ilə evlidir.

Cem Yılmaz da evlənib-boşanıb. İlk evliliyi Ahu Yağtu ilə olan komediya ustasının adı hazırda tez-tez müxtəlif məşhur xanımlarla qoşa çəkilsə də, münasibətləri uzun sürmür.

 

İlhamə Həkimoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir