Kristian Brando

Məşhurların naxələf övladları – FOTOLAR

Baxış sayı: 2. 031

Məşhur ailədə dünyaya gəlməyi hər kəs arzu edir. Hətta ulduz ailəsində dünyaya gəlməyi taleyin insana bəxş etdiyi hədiyyəsi kimi qəbul edənlər də var. Lakin məşhur ailədə doğulmaq heç bir üstünlük vermir. Əksinə, elə ulduz övladları var ki, onlar ağır xasiyyətə malikdir və davranışları bütün çərçivələri aşır.

“Gencaile.az” valideynlərinin başını aşağı edən məşhur övladlarını təqdim edir.

 

Giyom Depardye

Dünya kinematoqrafiyasının ulduzu Jerar Depardyenin yeganə oğlu 2008-ci ildə pnevmoniyadan (şayiələrə görə QİÇS-dən) qəfil vəfat edib. Giyom vəfat edərkən 37 yaşı vardı. Ata və oğul arasındakı münasibətlər isə həmişə gərgin olub: onlar tez-tez mübahisə edər, aylarla küsərdilər. Canlı efirdə Jerar oğlunun çətin və idarəolunmaz insan olduğunu vurğulayıb. Giyom Depardye atasını hər yerdə biabır edərək onu yalançı, pul düşkünü və ulduz xəstəliyinə tutulduğunu deyərdi. Giyom sağlığında avtomobil qəzasına düşdüyü üçün ayağını itirmişdi. Ona görə də içkiyə və narkotik maddələrə qurşanmışdı. Giyom xəstəlikdən vəfat edəndə ata-oğul hələ də bir-biri ilə danışmırdı.

 

Qreqori Heminquey

Dahi yazıçı Ernest Heminqueyin oğlunun həyatı faciə ilə bitib. Ernest Heminquey uşaqları arasında Qreqorini daha çox istedadlı hesab edirdi. Bununla belə, Heminquey onu ailənin qara ləkəsi kimi görürdü. Çünki oğlan uşaqlıqdan bacılarının paltarlarını geyinməyi xoşlayardı. Transeksual oğlunu “kişi” etmək üçün Heminquey onu elektroşok terapiyasına da apardı. Qreqori 90 dəfə əzablı terapiyadan keçdi, lakin o elə əvvəlki kimi qalırdı. Qreqoriyə qarşı nifrət və təhqirlər artırdı. Ernest isə 1961-ci ildə özünə atəş açaraq intihar etdi. Qreqori həkim kimi işləməyə çalışsa da, alkoqolizm ona bu imkanı vermədi. O, qadın paltarı geyinərək küçədən keçənlərə əxlaqsız təkliflər etdiyi və içki düşkünü olduğu üçün həbsxanaya düşdü. 2001-ci ildə həbsxana kamerasında vəfat etdi.

 

Bobbi Kristina Hyuston-Braun

Bir neçə il bundan qabaq ifaçı Uitni Hyustonun qızı Kristina Braunun da anası kimi narkotik aludəçisi olması haqda xəbərləri yayıldı. 18 yaşlı Kristina keçmiş sevgilisi ilə birlikdə kokain iyləyirdi. Azyaşlı qızın narkotik aludəçisi olmasında hamı Uitnini günahkar bilirdi. Anasının ölümündən sonra Kristina əsəblərindən müalicə almağa başladı. O, bir neçə dəfə avtomobili içkili vəziyyətdə sürdüyü üçün cərimə olunub. Bundan əlavə, Krsitinanın boynunda intim qalmaqal, narkotiklərə meyl də var. Qeyd edək ki, bir neçə il bundan əvvəl, Uitni hamamda ölü tapılıb. 2015-ci ilin əvvəlində Kristina da anasının “yolu” ilə gedərək hamamda huşsuz vəziyyətdə tapılmışdı. Xoşbəxtlikdən, həkimlər onu komadan çıxara bildi.

 

Skaut Uillis

Bryus Uillis və Demi Murun ortancıl qızı olan Skaut, özünün ədəbsiz davranışları ilə məşhurdur. O, bir neçə dəfə etiraz naminə və ya səbəbsiz yerə soyunaraq çölə çıxıb. Bu azmış kimi atasını da biabır edərək Bryusun gülünc fotolarını paylaşıb. Məsələn, onun paylaşdığı fotolardan birində Bryus qadın paltarı, zinət əşyaları və parik geyinib. “Beş uşaq atası!”-bu başlığı altında Skaut atasını təqdim edib. Skaut narkotik istifadəsinə görə, həbs olunub. Polis bölməsində saxta sənədlər göstərməsi onun işini daha da çətinləşdirib.

 

Tallula Uillis

Bryus Uillis və Demi Murun kiçik qızı Tallula bacısından geri qalmayaraq, narkotiklərdən müalicə alıb. Bundan əlavə, Tallula hər zaman valideynlərinə əziyyət verib. Hətta valideynləri onu ailə mirasından da məhrum etməyi düşünür.

 

Kemeron Duqlas

Kemeron məşhur aktyor və prodüser Maykl Duqlasın oğludur. Kemeron belə demək mümkünsə, təcrübəli narkomandır. 20 yaşınadək artıq o ən ağır narkotik maddələri sınaqdan keçirib. Metamfetamin satışı ilə məşğul olduğu üçün həbs edilib. Onun məhkəmə prosesində isə atası Maykl Duqlas, babası Klark Duqlas və hətta ögey anası Ketrin Zeta-Cons da iştirak edib. Hakim Kemerona 5 il iş kəsib. Lakin həbsxana kamerasında olduğu müddətdə Kemerona narkotik maddələr keçirilməsi haqda xəbərlər yayılanda, hakim əsəbiləşərək ona daha 5 il əlavə iş verdi.

 

Kelli Osborn

Məşhur musiqiçi Ozzi Osbornun qızı da narkotiklərdən uzaq durmayan adamdır. Qız bir neçə dəfə müalicə alsa da, xeyri olmayıb. Özünə inamsızlıq, artıq çəki, alkoqol və narkotiklər Kellini intihara sürükləyib. Onu bu hərəkətə əl atmaqdan yalnız bir şey dayandıra bildi: anasının xərçəng xəstəsi olması. Anasının ölüm ayağında olduğunu bilən Kelli narkotiklərdən uzaq durmağı qarşısına məqsəd kimi qoyub.

 

Şaylo Coli-Pitt

Anjelina Coli və Bred Pittin 8 yaşlı qızı qərb dünyasında qalmaqala səbəb olub. O, hər zaman oğlan kimi geyinir və saçlarını qısa kəsdirir. Qız Con deyə çağırılmasını tələb edir. Valideynləri də Şaylonun qız yox, oğlan olmaq istədiyini etiraf edib. Bu azmış kimi, valideynləri qızı bu yolda dəstəkləyir.

 

Kristian Brando

“Xaç atası” filimin qəhrəmanı Marlon Brandonun oğlu adam öldürdüyü üçün həbs edilib. Kristian ögey bacısının sevgilisini qətlə yetirib. Hamilə qız göz yaşları içində Kristianın yanına qaçaraq sevgilisi tərəfindən döyüldüyünü deyib. Kristian isə oğlanı odlu silahla qətlə yetirib.

 

Cenna Buş

Corc Buşun qızı Cenna atasının başını aşağı eləyib. 19 yaşlı prezident qızı Cenna, 2001-ci ildə qalmaqalın mərkəzində oldu. Belə ki, yeniyetmə qız striptiz klubların birində görüntülənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir