Mişel Obama
Gələcək missis Obama buraxılış üçün qızıl rəngi və dərin yarıqlı libasa üstünlük verib.
Sandra Ballok
Sandra Ballok həyatının əlamətdar günü üçün hörüklü saç düzümü seçib.
Meq Rayan
Görünür, Meq Rayan buraxılış zamanı elə də gözqamaşdırıcı olmayıb. Çünki onunla rəqs edən oğlan başqa istiqamətə baxır.
Cennifer Eniston
Cennifer Eniston buraxılış geyimində “Qara hər zaman ən yaxşı ideyadır” prinsipinə əməl edib. Saçı və seçdiyi aksessuarlar isə onun incə zövqündən xəbər verir.
Robin Rayt
Robin Rayt məktəb illərində də valehedici olub. Ona görə də Robinin balın kraliçası titulunu alması təəccüblü deyil.
Snup Doqq
Məşhur reperi smokinqdə görmək necə də xoşdur.
Kortni Koks
Kortni Koks buraxılış balı üçün olduqca sadə və gündəlik paltar seçib.
Teylor Svift
Müğənni və aktrisa Teylor Svift isə gəlinliyə bənzər don seçib.
Bleyk Layvli
Məşhur aktrisa müasir dövrün dəb ilahələrindən biridir. Şahzadə obrazında geyinən aktrisanın seçimini elə də uğurlu adlandırmaq olmaz. Lakin üzündəki pozitiv təbəssümü aktrisanı zövqsüzlükdən xilas edib.
Rihanna
Rihannanın buraxılış balı üçün seçdiyi libas ona çox yaraşır