Ancelina Coli

Məşhurların qalmaqallı məhkəmə prosesləri

Baxış sayı: 604

Məşhur insanların həyatı daim qalmaqallı hadisələrilə doludur. Bu gün adları məhkəmə proseslərində tez-tez hallanan məşhurlar haqqında danışacağıq.

 

Ancelina Coli

Məşhur aktrisa Ancelina Coli 2011-ci ildə  “Blood and Honey”filminə görə məhkəməyə verilmişdi. Məhkəmənin irəli sürdüyü iddialara görə, Colinin yeni filminin süjetinin 2007-ci ildə xorvat müxbiri Ceyms Braddokun yazdığı məqalədən oğurlanmışdı. Sənədlərə əsasən Braddokun hekayəsi və Colinin ssenariləşdirdiyi və çəkdiyi “Blood and Honey” filmi zorlamaya məruz qalmış qadının düşərgədə əsir saxlanılaraq xidmət göstərməsi barədə oxşar hekayələr idi.

 

Aleyna Tilki

Gənc müğənni Aleyna Tilki oxuduğu “Dipsiz kuyum” adlı mahnıya görə məhkəməyə müraciət etmişdi. O, mahnısını icazəsiz öz musiqi proqramına yerləşdirən və satışa çıxaran Tolqahan Karamanı və “Apple” şirkətini məhkəməyə vermişdi.

Verilən ərizədə bəstənin söz, musiqi və aranjimanının Emrah Karadumana aid olduğu vurğulanıb.

İddialara görə, Aleyna Tolqahandan 50 min dollar təzminat tələb edib.

 

Arnold Şvartsneger

Avstriyalı bodibilder və amerikalı jurnalistin sevgi münasibətləri 1977-ci ildən başlamışdır. Çimərliklərin birində tanış olan Arnold və Maria 9 ildən sonra evlənmək qərarına gəldilər. Bu evlilikdən onların 4 uşağı var. Uzun illər ərzində heç bir problem yaşamayan bu cütlük 2011-ci ildə gözlənilmədən   boşandı. Deyilənlərə görə, boşanmaq iddiasını qaldıraraq məhkəməyə müraciət edən Maria Arnoldun ona xəyanət etdiyini iddia etmişdi. Hətta onun  dediyinə görə, Arnoldun  evdə işləyən bir xadimədən qanuni olmayan bir oğlu var idi. Onun söylədiklərinin bu sözlər öz təsdiqini tapması  bu  ailənin çöküşü oldu. Arnold və Marianın boşanması 21-ci əsrin ən gözlənilməz hadisələrindən biri hesab olunur.

 

Snoop Dogg

Məşhur reper Snoop Doggun  fanatı olan Riçard Monro onun konsertində mühafizəçiləri tərəfindən aldığı xəsarətlərdən sonra məhkəməyə müraciət etmişdi. Təzminat olaraq reperdən 22 milyon dollar tələb etmişdi. Məhkəmənin qərarı ilə, Snoop Dogg fanatına 500 min dollar ödəməli oldu.

 

Asena

Türkiyəli məşhur rəqqasə Asena Hasan Dere adlı bəylə 2017-ci ildə evlənərək həyatını dəyişdirməyə qərar verib. 2021-ci ildə  sənətçi atdığı addımla gündəmə gəlib. O, unudulmaq üçün məhkəməyə müraciət edib.

İstanbul Növbətçi Sülh Cəza Hakimliyinə müraciət edən Asena “Uşaq dünyaya gətirmək üçün müalicə alıram. Keçmişimdəki xəbərlər mənə zərər verir, buna görə də sildirmək istəyirəm”, – deyib.

Ərizədə “Keçmiş xəbərlərim həyat yoldaşımla aramızda problemə səbəb olur” sözləri də qeyd edilib.

Məhkəmə xəbərlərdən 10 il müddət keçdiyi üçün unudulma haqqı qazandığını bildirib və rəqqasənin tələbini qəbul edib.

 

Skrilleks

Bəzən konsertlər təhlükə mənbəyinə çevrilə bilər. Kütlənin rəqs etməsi, yanıb-sönən işıqlar və yüksək səslər insanların xəsarət almasına səbəb ola bilər. Belə bir hadisə 2014-cü ildə bu sənətçinin və onun pərəstişkarının başına gəlmişdi.

Belə ki,Skrillex DJ kabinəsindən səhnəyə atlayarkən fanatı olan Jenifer Fraisslı adlı xanımı yaralamışdı. Zərərçəkmiş xanım bu hadisədən sonra məşhuru məhkəməyə verdi. DJ-in vəkili hadisənin videogörüntüsündə onun fanatına xəsarət yetirdiyini göstərmədiyini iddia etsə də, məhkəmə ilə bağlı son qərar verən münsiflər bununla razılaşmadılar. Məhkəmənin qərarı ilə zərərçəkmiş xanım təzminat olaraq   4,5 milyon dollar  aldı.

 

“Creed” qrupu

“Creed” tanınmış və sevilən qruplardan biridir. Çoxsaylı konsertləri ilə fanatlarını bir araya toplayan qrupun 2003-cü ildə baş verən konserti nədənsə çox uğursuz oldu. Həmin konsertdə qrupun solisti Scott Stapp səhnəyə  sərxoş vəziyyətdə çıxaraq pərəstişkarlarını  şoka saldı. Normal oxuya bilməyən məşhur bir anda konserti yarımçıq qoyaraq səhnədə huşunu itirdi. Sözsüz ki, qrupun çıxışını izləməyə gələn 15.000 fanat ordusu çox qəzəbləndi. Onlardan  bəziləri hətta məhkəməyə müraciət etdilər.

Həmin şikayətlər biletlərinin geri qaytarılmasını  və üzr istənilməsini tələb etdilər. Bu işi aparan   hakim  rok  tənqidçisi  olmadığını və  məhkəmə prosesində sənətə hökm verməyin pis bir fikir olduğunu bildirərək işi rədd etdi.

 

Dmitri Rıbolovlev

Sərvəti “Forbes” tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 milyard avro  ödəməli olub.
Bu qərarı Cenevrə məhkəməsi verib. Onlar evlənəndə nikah müqaviləsi bağlamayıblar. Bununla əlaqədar İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış bir sərvət sayılır və boşanma zamanı yarı bölünür. Rıbolovlevin  vəkili  bu qərarla bağlı Cenevrə  məhkəməsindən şikayət etsə belə, hakim tərəfindən verilən qərarı dəyişmək mümkün olmayıb.

24 ildən çox birgə yaşayan cütlük, altı ilə yaxın  əmlakı bölmək ilə məşğul olublar. Qeyd edək ki, Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.

Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada, Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder, həmçinin çox dəyərli   Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət bir kolleksiyanın  sahibidir. Rıbolovlevlərin  boşanma prosesi çağdaş tarixin ən bahalı boşanması sayılır.

 

Justin Biber

Kanadalı müğənni Justin Biber   sevgi mahnıları, böyük gözləri və xarizmatik görünüşü ilə bir çoxları tərəfindən sevildi.  Demək olar ki, hər yaşda olan qızlar  “Bieber”markası altında olan mallara, albomlarına milyonlarla pul xərcləyirdilər və ən başlıcası onu konsertdə canlı olaraq görmək fürsəti üçün əllərindən gələn hər şeyi edirdilər. 2010-cu ildə  Oregonda keçirilən bir konsertdə fanatlarını təəccübləndirmək üçün  Biber  dəmirdən hazırlanan nəhəng bir  ürəyin içinə girərək, sanki   kütlənin üstünə üzdü. Onun bu izdihamlı  çıxışından sonra beş yaşlı qızı ilə şounu  izləməyə gələn gənc qadın Stacey Betts xəsarət aldıqdan sonra, məhkəməyə şikayət edərək aldığı xəsarətlərə görə, təzminat olaraq   müğənnidən 9 milyon dollar tələb etdi. Gənc qadının sözlərinə görə, metallik ürəyin yaratdığı səslər onun eşitmə qabiliyyətinə təsir edərək, onu ömürlük şikəst etdi. Verdiyi bütün ifadələrə baxmayaraq, məhkəmə onun iddiasını rədd etdi.

 

Mayli  Sayrus

Bir çoxumuz Mayli Sayrusu yaratdığı Hanna Montana obrazı ilə tanıdıq.  Məşhur müğənni Billİ Ray Sayrusun  qızı olan Mayli gənc yaşlarından şou-biznesdə özünəməxsus bir yer tutdu. Bir çox fanatları olan müğənni də qazandığı şöhrətə baxmayaraq 2009-cu ildə bir asiyalı qadın tərəfindən məhkəməyə verilmişdi. Həmin qadının dediklərinə görə,  dostları ilə birlikdə çəkdiyi  şəkildə  gözlərini qıyaraq “Çin gözləri”obrazını yaradaraq həmin şəkili  sosial şəbəkədə paylaşmışdı.  Fotoşəkildə bunu etməyən yeganə şəxs bir  gənc  asiyalı idi. Mayli tərəfindən paylaşılan bu fotoşəkil o qədər təhqiredici hesab edildi ki, o Lucie. Jş Kim adlı asiyalı qadın tərəfindən məhkəməyə verildi. Həmin xanım  fotodan təsirləndiyini iddia edərək, etdiyi bu hərəkət ilə bütün asiyalıları təhqir edən Maylidən təzminat olaraq 4 milyon dollar tələb etdi. 160 milyon dollara sahib olan Mayli bu məbləği ödəsə də, bu hadisə onun üçün o qədər də önəmli olmadı.

 

Aşer

İstedadlı musiqiçi və reper Aşer nəinki sənəti, həmçinin rəngarəng olan intim həyatı ilə də diqqət mərkəzində olub. Beləliklə, 2017-ci ildə 3 qadın onları herpes infeksiyası ilə yoluxdurduğu üçün onu məhkəməyə vermişdilər. 2012-ci ildə də oxşar hadisə baş vermişdi. O,zaman   1,2 milyon dollar təzminat olaraq ödəyən Aşer həmin işi uğurla həll etmişdi.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir