sevgililer

Məşhurların qeyri-adi sevgi macəraları

Baxış sayı: 632

Dünyanın məşhur simaları – musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar təkcə yaradıcılıqları ilə deyil, şəxsi həyatları, sevgi hekayələri ilə də hər zaman diqqət mərkəzində olurlar. Bunu nəzərə alaraq bəzi məşhurların  sevgi hekayələrini təqdim edirik.

 

XV Lüdovik

15-ci Lüdovik sevgi macəralarına görə  bütün digər fransız  monarxlarını , o cümlədən  Günəş Kralı kimi tanınan 14-cü Lüdoviki də geridə qoyub. Onun məşhur məşuqəsi madam Markiza de Pompadur  son dərəcə əxlaqsız  qadın olsa da qısqanc deyildi. Buna görə də əlahəzrət kral Markiza de Pompadurdan əlavə digər çoxsaylı məşuqələri üçün xüsusi park yaratmışdı. Kralı əyləndirən bu xanımlar parkda tikilən  ayrı-ayrı evlərdə yaşayırdılar.

 

Cakomo Kazanova

Sirr deyil ki, sevgi məsələlərində ən uğurlu və ən məşhur  şəxs Cakomo Kazanova hesab olunur. Onun şöhrəti hamını kölgədə qoyub. O, möhtəşəm məşuq, ehtiraslı insan kimi bütün dünyada tanınıb. Lakin təəssüfflər olsun ki,   Kazanova tənhalıqda və dilənçi vəziyyətində  həyatdan  köçüb.

 

Markiz de Sad

Markiz de Sad tarixdə təsvir olunduğu kimi qaniçən olmayıb. Amma onun həyatında sadizm əlamətləri çox olub.Sevdiyi qadınları  qamçı ilə döymək  kimi qəddarlıqları olan  bunlara görə psixi xəstəxanalar, eləcə də demək olar ki, Fransanın bütün həbsxanalarında cəza çəkib. Məhz bu xəstəxana və həbsxanalarda Markiz de Sad çoxsaylı  romanlarını yazıb. Qeyd edək ki, onun romanlarını yalnız 21 yaşdan sonra oxumaq məsləhətdir.

 

I Pyotr

I Pyotr cənublu qadınlardan mümkün qədər uzaq olmağa çalışırdı. Amma avropalı, xüsusilə də alman əsilli xanımlara qarşı isə biganə deyildi. Birinci Pyotr  son dərəcə qısqanc  biri olub. Onun sifilis olduğu, hətta məhz bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal edilir.  Lakin  rəsmi məlumatlarda hökmdarın Neva çayının buzlu suyunda  çimdikdən sonra soyuqlama nəticəsində öldüyü bildirilir.

 

Lavrenti Beriya

Lavrenti Beriyanın sevgi tarixçəsi isə bir qədər fərqlidir. O, daha çox zorakılıqları ilə ad çıxarıb. Bu məsələdə onun tayı-bərabəri olmayıb. Qadınla onunla yatağa sevgidən çox, qorxudan girdiklərini etiraf ediblər. Beriya adətən sevgi oyunları üçün  xüsusi öyrədilmiş qadınları seçirdi. Onun köməkçiləri avtomobillərlə dolaşır və ətrafı gözdən keçirirdilər, uyğun qadınları gördükdə onları zorla maşına mindirib qaçırırdılar.  Məhz onun bu əməllərinə görə gülləmişdilər.

sevgi

Cimmi Hendriks

Cimmi Hendriks  bütün məşhur qadın düşkünlərini geridə qoyub. Onun məşuqələri siyahısında min, hətta bəzi məlumatlara görə  2 mindən artıq qadının adı olub. Çox maraqlıdır ki, məşhur  cəmi 28 il yaşayıb.

 

Çarli Çaplin

Çarli Çaplin gənc, yeniyetmə qızlara xüsusi maraq göstərib. Buna görə Çaplin insanlar  tərəfindən hər zaman qınaq obyektinə çevrilib.

 

Salvador Dali

Sevgi münasibətlərində  Salvador Dalini uğursuz insan  hesab etmək olar.  Çünki rəssamın intim həyatı çox rəngarəng olub.O, gizli homoseksualizmdən əlavə, autoerotizmdən əziyyət çəkib. Yəni onun özünə qarşı hədsiz istəyi olub . Bunu rəssamın əsərlərindən də görmək mümkündür.

Qeyd edək ki, onun həyat yoldaşına da normal insan demək olmaz. O da trualizmdən əziyyət çəkib. Yəni intim əlaqənin 3 nəfərdən ibarət olmasını çox sevib.

 

Stendal

Məşhur yazıçı, “Qırmızı və Qara” kimi böyük əsər yaratmış Stendal onu sevmədiklərinə görə qadınlara qarşı dərin nifrət bəsləyib. O, qadınlardan qisasını almaq üçün hüznlü əsərlər yazaraq , bu əsərləri oxuyan qadınları ağladaraq öz intiqamını alıb.

 

İosif Stalin

Faşizmə qarşı müharibədə uğurlar qazanan İosif Stalinin sevgi cəbhəsində işləri elə də yaxşı olmayıb. Onun məşuqəsi olmayıb, həyat yoldaşı isə özünü güllələyib. Deyilənlərə görə, o, gizli homoseksualizmdən əziyyət çəkirmiş.

 

Vladimir Mayakovski

Vladimir Mayakovskinin də sevgidə bəxti gətirməyib.  Onun ilk məhəbbəti Liliya Brikdir. Bir müddət sonra qadının şairi artıq sevmədiyi məlum olub. Daha sonra Mayakovskinin həyatına Veronika Polonskaya daxil olub.  O da əvvəl şairi sevsə də sonra onu tərk edib. Sonra Mayakovski Tanya Yakovlevaya aşiq olub, bir müddət  sonra bu qadın da ondan üz döndərib. Qısası, sevgidəki  uğursuzluqlara dözməyən şair özünü güllələyib.

 

Francis Skott Fitzgerald

Məşhur yazıçı Fitzgerald dünya ədəbiyyatının xəzinəsinə daxil olan bir  çox möhtəşəm əsərlər yaradıb.  Amma onun bir məsələdə bəxti gətirməyib. Məşhur yazıçının  həyat yoldaşı spirtli içki aludəçisi və psixi xəstə olub. Yazıçının həyat yoldaşı psixiatriya xəstəxanasına yerləşdirilib. Fitzgerald isə  isə 44 yaşında qaraciyər serrozundan dünyasını dəyişib.

sevgi

Con Lennon

Con Lennonu sevən yeganə insan nə qədər qəribə də olsa onun xanımı Yoko Ono yox, “Bitlz”in işlərini idarə edən Brayan Epşteyn olub. Amma Con yalnız qadınları sevdiyinə görə onu səmimi qəlbdən sevən dostuna şans verməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir