marojna

Mətbəxdə köməyinizə çatacaq 5 qızıl üsul – FOTOLAR

Baxış sayı: 1. 353

Mətbəxdə qeyri-adilik axtaran xanımlar üçün bir-birindən maraqlı üsulları bir yerə yığdıq. Mətbəxinizdə ən əvəzolunmaz məhsulunuz nədir deyə soruşsalar nə cavab verərdiz?

Bəs həmin məhsulun keyfiyyətini ilk günki kimi saxlamaq üçün nə etmək lazımdır, bilirsiz? Elə isə bu yazı sizin suallarınıza cavab olacaq.

“Gencaile.az” “Publika.az”-a istinadən mətbəx işlərini asanlaşdıracaq 5 maraqlı məlumatı diqqətinizə çatdırır:

 

1. Ağzı bağlanan poşetlərdə omlet bişirmək.

Səhər yeməklərində tez-tez istifadə edilən omletin bişirilməsi sadə olduğu qədər də çətindir. Omletin bütün qalmasına çalışsaq da bəzən parçalanır və şəkillərdə gördüyümüz formanı ala bilmirik. Bunun sadə çıxış yolu var. Omlet qarışımını ağzı bağlanan poşetlərə töküb suda qaynadın. Nəticədə olduqca dadlı bir səhər yeməyi ilə günə enerji ilə başlayacaqsınız.

 

2. Satışdakı dondurmaları ev şəraitində də hazırlamaq olar.

Müxtəlif – meyvəli, şokoladlı, vanilli və s. dondurma reseptlərinizi hazırlayıb, sadəcə ağzı bağlanan poşetə sıx şəkildə doldurub dondurucuya qoyun. Həm sağlam dondurma yemiş olacaqsınız, həm də büdcənizə kifayət qədər qənaət edəcəksiz.

3. Soyutma yeməklərə üstünlük verənlər üçün

Axşam ləzzətli balıq hazırlamaq istəyirsiz? Lakin bunu necə edəcəyinizi bilmirsiz? Onda ardıcıllığa diqqət edin. Balığı təmizləyib yuduqdan sonra ağzı bağlanan poşetə qoyub kip şəkildə bükün(dağılmaması üçün). Qaynar suda bişirin. Təbii ki, zövqə görə ədviyyatlarınızı vurmağı unutmayın.

 

4. Göyərtiləri uzun müddət təzə sağlamaq üçün

Təmizlənmiş göyərtilər tez çürüyür və istifadəsiz hala düşürsə, onları təmiz salfetkalara büküb daha sonra ağzı bağlanan poşetlərə qoyun. Salfetka göyərtilərin nəmini çəkdiyi üçün və içəriyə hava keçmədiyi üçün onlar çürüməyəcək.

5. Poşetdə tərəvəz pəhrizi

Tərəvəzləri ağzı bağlanan poşetə töküb üzərinə su və zövqə görə ədviyyatlar əlavə edib qaynar suya atın. 4-5 dəqiqə sonra görünüşü pozulmayan pəhriz menyunuz hazırdır.

Sağlam və fəal həyat tərzi üçün gündəlik tərəvəz suyu istehlakı çox əhəmiyyətlidir. Bu üsulla müxtəlif detokslar da hazırlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir