metbex

Mətbəxdə xanımların işini asanlaşdıracaq 20 tövsiyə

Baxış sayı: 2. 230

Xanımların sevimli məkanı olan mətbəxlə bağlı gizli ipuclarını topladıq. Bunlara riayət etməklə mətbəxdə həyatınızı asanlaşdıra biləcəksiniz. “Gencaile.az” həmin bilgiləri təqdim edir.

Yaşıl bir bananı sarı və daha yumşaq hala gətirmək üçün yeganə ehtiyacınız olan şey kağız torbadır. Meyvələr kağız torbanın içində saxlandıqda tərkibindəki etilen qazı ilə reaksiyaya girər və daha tez yetişər.

Pomidorların tez xarab olmaması üçün qoparılan yaşıl qisminin altdan qoyulması lazımdır. Həm də pomidor otaq şəraitində daha uzun müddətli qalır, nəinki soyuducuda.

Bananın tez xarab olmaması üçün qoparılan qisminə sellofan bağlamanız lazımdır.

Kartofları soyduqdan sonra suda saxlasanız, rəngi dəyişməz.

Almaları soyduqdan sonra rəngini dəyişməsinin qarşısını 2 çay qaşığı su və 1 çay qaşığı bal ilə ala bilərsiniz.

Yumurtanın yeni olub-olmadığını suya batıraraq öyrənmək mümkündür. Əgər yumurta suyun dibinə batırsa, təzədir, yox, əgər üzündə durursa köhnədir.

Gilas və gilənarın çəyirdəyini çıxarmaq üçün gilası boş soda şüşəsinin ağzına yerləşdirin və çəyirdəyi çubuqla itələyin.

Zəncəfili soymaq üçün qaşıqdan istifadə edə bilərsiniz.

Sarımsağı asanlıqla soymaq üçün sarımsaq dişlərini bıçağın yan tərəfi ilə əzsəniz, qabığı asanlıqla çıxacaq.

Kartofu əvvəl qaynar suya, sonra buza qoysanız, qabığı asanlıqla soyulacaq.

Yumurtanın qabığını asan soymaq üçün qaynatdığınız suya bir miqdar sirkə, ya da karbonat əlavə edin.

Limon kimi asitli meyvələri daha sulu hala gətirmək üçün mikrodalğalı sobada 15-20 saniyə isitməniz bəsdir.

Ağzı açılmayan metal qabı isti suda bir müddət saxlasınız, ağzını asanlıqla aça biləcəksiniz.

Kərə yağı soyuducuda çox donubsa və tez bir zamanda istifadə etməniz lazımdırsa, rəndələyərək istədiyiniz qədər işlədə bilərsiniz.

Xırda pomidorları tez bir zamanda doğramaq üçün hər birini qapağın üzərinə düzün və başqa qapaqla örtün. Arada buraxdığınız boşluqdan bıçağı keçirərək, hər birini boydan-boya kəsin.

Yarı yumşaq pendirləri tez bir zamanda, ətrafı batırmadan rəndələmək istəyirsinizsə, 30 dəqiqə əvvəldən soyuducuya qoymaq lazımdır.

Çox yumşaq pendir və xəmiri ətirsiz diş ipi ilə kəsə bilərsiniz.

Çox yumşalmamış kərə yağını buza batırsanız, o dəqiqə donacaq.

Xarlamış bal bankasını qaynar su dolu qaba qoysanız, bal əvvəlki halını alacaq.

Süd daşmasın deyə, qazanın başında gözləmək istəmirsinizsə, üzərinə taxta qaşığı üfüqi şəkildə qoyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir