Məzun gecəsi sərbəst həyata atılan qızlar və oğlanlar üçün önəmli məsələdir. Amma qızlar üçün daha önəmlidir desəm, yanılmaram. Çünki həmin gecə qızlar qüsursuz və gözəl görünmək istəyirlər. Təpədən dırnağa qədər hər şey bir-birinə və bədən quruluşuna uyğun olmalıdır. Bu yazıda məzun gecəsində necə geyinməyin qaydalarını izah etmişik.
Məzun gecəsi üçün geyim seçərkən tərzinizi dəyişmədən də cəlbedici görünə bilərsiniz. Aksessuar, saç makiyaj kimi detallarla fərqli və tərzinizi saxlayaraq, gecənin şahzadəsinə çevrilə bilərsiniz. Lakin şişirdilmiş geyim, makiyaj və saçdan uzaq durmalısınız. Gözəl görünmək yerinə, daha yaşlı görünərək gülməli vəziyyətə düşərsiniz. Ucuz geyim almaq üçün internet saytlarında qurdalanın və yaxşıca axtarış aparın. Tikdirmək istəyənlər isə fotolara nəzər sala bilər. Bu fotolar daha rahat qərar verməyə kömək edəcək.
Bu il krujeva və qabarıq və yubkalar çox dəbdədir. Romantik şahzadə kimi görünmək istəyənlər üçün 2013-cü yerinə düşür.
Mavi – Mavinin parlaq tonları məzuniyyət gecəsinə çox yaraşır. Mavi paltar gümüşü ayaqqabı və klatçlarla çox yaraşır. Bunun yanında parlaq mavi və qara da rənglərdən də istifadə edə bilərsiniz. Qızılı rəngli klatç ilə bir az parıltı əlavə etsəniz, məzun gecəsinə hazırlığı tamamlaya bilərsiniz.
Krem rəngi – Krem tonları, qumral və ya əsmər bədənlərə çox yaraşır. Əgər krem tonlarında bir ziyafət libası seçsəniz, çanta və ayaqqabıları da təbii tonlarda seçməlisiniz. Neytral tonlarda olan klatç və ayaqqabılar uğurlu seçim ola bilər.
Qırmızı – Məzun dedikdə ağla ilk gələn rənglərdən biridir. Belə bir gecəyə yerə qədər uzanan qırmızı paltar geyinsəniz, həmin gecə bütün diqqətləri öz üzərinizə toplamış olacaqsınız. Əgər qırmızı qadın obrazını gücləndirmək istəsəniz, ayaqqabıları da paltarla eyni tonda uyğunlaşdıra bilərsiniz. Klassik və sadə görünmək istəyirsinizsə, ayaqqabı və çantanı neytral, ya da qara tonlarda alın.
Çəhrayı – Məzun ballarında ən çox seçilən rənglərdən biri də çəhrayıdır. İncə çəhrayı tonları əhvalı qaldırır və enerji saçır. Onu ağ, gümüşü və qızılı tonlarda nazik dabanlı ayaqqabılarla birləşdirə bilərsiniz.
Qara – Qısa qara ziyafət libası məzun gecəsində fərqlənmək üçün o qədər uğurlu seçim deyil. Çünki belə gecələrdə çoxu qara rəngə müraciət edir. Qara rəngdən vaz keçə bilmirsinizsə, modelinin fərqli olmasına diqqət edin. Ayaqqabı seçimində istənilən rəngə müraciət etmək şansınız var. Lakin makiyaj və saç düzümü çox qabarıq olarsa, əlvan rəngli ayaqqabı və çantalardan uzaq durmalısınız.