geyim

Məzuniyyət üçün ən gözəl seçimlər – FOTOLAR

Baxış sayı: 501

Yay gəldi, imtahanlar bitdi. Artıq şagirdlər məktəbdən, tələbələr isə universitetdən məzun olub. Hər kəs məzuniyyət üçün həyəcanlıdır. Oğlanlar arasında çox yayğın olmasa da, qızlar artıq saçlarına, makiyajlarına və məzuniyyətə nə geyinəcəklərinə qərar veriblər. Təbii ki, işlərini son dəqiqəyə qoyanlar da var…

Məzuniyyətə paltar seçərkən bədən tipinizə uyğun seçim etməlisiniz. Belə ki, bədənin mükəmməl hissələrini vurğulayacaq paltarlardan istifadə edin. Məsələn, nazik beliniz, geniş sinəniz və ayaqlarınız varsa, belinizi vurğulayan modellər geyinməlisiniz. Belə halda bədəni bütöv tamamlayan sadə balıq modelləri sizə uyğun ola bilər.

Çiyinlərinizi daha geniş göstərəcək V dekolteli paltarlar seçməlisiniz. Çalışın sinə nahiyəsində naxışlı modellərdən uzaq durun. Üst gövdəni istifadə edərək, alt hissədə naxışlı parçalar və ya büzmə ətəkli modelləri seçə bilərsiniz. Diqqət etməli olduğunuz məqam omba hissənizi örtən modellərdir.

 

Seçdiyini aksessuarlar, ayaqqabılar və çantalar bir-birini tamamlamalıdır. İddialı bir paltarınız varsa, açıq tonlarda ayaqqabı və çantalar seçin. Bu mövsüm əsasən çəhrayı, qızılı, açıq mavi, açıq yaşıl, bənövşəyi tonlar trenddir.

Sonda onu qeyd etmək lazımdır ki, paltar seçərkən məkanın xüsusiyyətləri nəzərə alınmalıdır. Kokteyl üslubunda məzuniyyət üçün qısa paltarlara, hovuz və ya dəniz kənarı üçün “klyoş” formalı, qapalı məkanlar üçün bədəni saran modellərə üstünlük verilməlidir.

Beləliklə, hələ də paltar seçməyənlər üçün bir neçə məzuniyyət paltarı təqdim edirik: 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir