Vaxtaşırı oxucularını mətbəx nümunələri ilə tanış edən “Gencaile.az” saytı bu dəfə sizə makaron tortunun hazırlanma qaydasını təqdim edir.
İnqrediyentlər
60 qr. super sun yağı
300 qr. qiymə
2 diş sarımsaq(əzilmiş)
4 x.q.pomidor püresi
3 ədəd sürtgəcdən keçirilmiş pomidor
1 ç.q. duz
1 ç.q. istiot
1 paket qalın kəsmə makaron
80 qr. toz parmezan pendiri
100 qr. sürtgəcdən keçirilmiş holland pendiri
Hazırlanma mərhələsi
Makaronlar qaynar suda təxminən 8-10 dəqiqə bişirilir. Suyu süzülən makaronlar parmezanla qarışdırılır. Yağlanmış kek qabına makaronlar dik formada düzülür. İsidilmiş tavada yağ əridilir, qiymə qovrulur. Sarımsaq, pomidor püresi və sürtgəcdən keçirilmiş pomidor əlavə edildikdən sonra pomidorlar bişənə qədər orta odda bişirilir. Duz və istiot səpilir. Makaronların üzərinə qiyməli qarışım əlavə olunur. Holland pendiri səpilib 190 dərəcədə 15 dəqiqə bişirilir. Bişdikdən sonra 10 dəqiqə saxlanılır, sonra servis edilir.