Make up  tools

Makiyaj fırçalarını təmizləməyin yolları

Baxış sayı: 1. 403

Hər gün makiyaj edirsinizsə istifadə etdiyiniz fırçaları tez-tez təmizləmək lazım olduğunu bilirsiniz. Makiyaj fırçalarında bakteriyalar toplana bilər və bu da üz dərisində sivilcələrin, sızanaqların yaranmasına səbəb olur. Tövsiyyə edirik ki, makiyaj fırçalarını həftədə bir dəfə təmizləyəsiniz.

Makiyaj fırçalarını sabunla təmizləməkdə heç bir problem yoxdur. Ancaq fırçaların həm də uzun ömürlü olmasını istəyirsinizsə o zaman bu yöntəmdən istifadə edə bilərsiniz.

 

Lazım olan vasitələr

1 stəkan su

1 yemək qaşığı uşaq şampunu

1 qaşıq hind qozu yağı

3 damcı çay ağacı yağı

 

Hazırlanması

Təmiz suyun içinə uşaq şampununu əlavə edin və qarışdırın. Hind qozu yağını əritdikdən sonra şampunlu suyun üzərinə əlavə edin. İstəsəniz zeytun yağı və ya badam yağı da istifadə edə bilərsiniz. Antiseptik xüsusiyyətə malik olan çay ağacı yağını da qarışığa əlavə edin. Yaxşıca qarışdırın. Budur fırçalarınızın təmizləyicisi hazırdır!

Fırçalarınızı yuduqdan sonra mütləq salfetin üzərinə üfüqi vəziyyətdə qoyun. Bu zaman su fırçada qalmayacaq və fırçalarınız daha uzunömürlü olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir