makiyaj

Makiyaj süngərindən istifadə edərkən yol verdiyimiz 7 səhv

Baxış sayı: 1. 815

Makiyaj süngərləri həyatımıza girəndən bəri, makiyajlar daha təbii alınır. Amma bu süngəri istifadə edərəkən bəzi səhvlərə yol veririk ki, bunun da nəticəsi heç də ürəkaçan olmur. Yəqin ki, bu səhvlər sizə də maraqlıdır? Elə isə gəlin makiyaj süngərindən istifadə edərkən hansı səhvləri edirik birlikdə öyrənək və mükəmməl makiyaj üçün bir daha bu səhvləri etməyək.

Quru istifadə etmək

Quru istifadə edilən makiyaj süngəri tonal kremi özünə daha çox çəkir. Beləliklə, tonal kremin çox üz əvəzinə süngərə yapışır. Buna görə də, makiyaja başlayarkən əvvəlcə süngəri islatmaq, yaxşıca sıxmaq və daha sonra tonalı üzə tətbiq etmək lazımdır. Belə tətbiqetmə həm daha az tonal krem istifadə etməyimizə, həm də yumşaq şəkildə hərəkət etdirməyimizə gətirib çıxarır.

Quruduqca islatmaq

Makiyaj süngəri makiyaj zamanı quruyursa onu su ya da ki, üz spreyilə tez-tez islatmaq lazımdır. Beləcə o makiyaj prosesində nəmliyini saxlayacaq.

Tonal kremi birbaşa süngərə tökmək

Tonal kremi birbaşa süngərə tökmək əvəzinə, ələ tökün və sonra süngərin geniş tərəfilə burdan alıb üzə tətbiq edin. Beləliklə, makiyaj süngərinin daha az tonal krem əmməsinin qarşısını almış olacaqsınız.

Sadəcə tonal krem üçün istifadə etmək

Makiyaj süngərini təkcə tonal krem üçün deyil, həm də, krem və gel şəklində olan ənlik, aydınlatıcı kimi məhsulların tətbiqində də istifadə edə bilərsiniz.

Təmizləmədən çantaya atmaq

Makiyaj süngərini çox vaxt təmizləmədən çantaya atırıq. Amma təmizlənməyən süngərin içində bakteriyalar yaranır və onu üzə vurduqda dərimizdə sızanaq kimi dəri problemləri yaranır. Buna görə də, hər istifadədə makiyaj süngərini su ilə yumaq və qurutmaq lazımdır.

Uzun müddət istifadə etmək

Makiyaj vasitələrinin istifadə müddəti olduğu kimi, süngərin də istifadə müddəti var. Yeni süngərə ehtiyac onun rənginin dəyişməsi və formasını itirməsilə yaranır. Əgər makiyaj süngərini hər gün istifadə edirsinizsə onu 2-3 aydan bir dəyişməyiniz məsləhətlidir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir