makiyaj

Makiyaj vasitələrinin ömrü nə qədərdir?

Baxış sayı: 1. 568

Dırnaq boyaları uzunömürlü deyil. 6 ay və ya bir il içində quruya bilər. Hər istifadədən qabaq şüşəni çalxalayaraq ömrünü uzada bilərsən.

Tuş çox tez mikrob yarada bilir. 3 aydan bir dəyişdirməyiniz məsləhətdir. Əks halda gözlərinizə infeksiya düşə bilər.

Alkol tərkibli olduğu üçün ətirləri 5 il saxlamaq mümkündür. Qoxusunda bir dəyişiklik hiss etsəniz, tez atın.

makiyaj

Tonal krem və örtücü kimi maye halında olan makiyaj məhsullarını uzun müddət saxlamaq olmur. Bir il sonra yenisini almağınız məsləhətdir.

Dodaq boyası, ənlik və göz kölgələri ən az 3-4 il xarab olmazlar. Qırıldıqda belə başqa bir qaba qoyub istifadə etməyiniz mümkündür.

Nəmləndirici kremlər asanlıqla xarab ola bilir. Əl təması nəticəsində tərkibinə mikrob daxil ola bilər. 1-2 il sonra mütləq dəyişdirməyiniz lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir