Bu testin sonunda güləcəksiniz. Yazılanları sırası ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa, həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın. Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın.
Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin.
Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın.
1 ilə 2-nin qarşısına hər hansı bir rəqəm yazın.
3 ilə 7-nin qarşısına fərqli adlar yazın. (Qarşı cinsdən)
4, 5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın.
8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin.
AÇIQLAMA:
Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2 nömrənin qarşısında yazılıb.
3 nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır.
7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir.
5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız.
4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır.
6 nömrənin qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir.
8-in qarşısına yazdığınız mahnı 3 nömrədəki insana aiddir.
9-un qarşısına yazdığınız mahnı 7 nömrədəki insan üçündür.
10 nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır.
11 nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.