Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adət və tabuları var:
Çində yemək çubuqlarını qətiyyən kiməsə doğru uzatmayın.
Koreyada masa başında oturan ən yaşlı biri yeməyə başlamadan süfrəyə əl uzatmayın.
Çilidə pizzanı əllə yeməyin.
İtaliyada yeməkdən sonra pendir istəmək aşbazın yemək bişirmə bacarığını təhqir etmək mənasını verir.
Tanzaniyada yeməyə dəvət edildiyiniz evə 20 dəqiqə gecikin. Tez getmək ev sahibini təhqir etmək deməkdir.
Rusiyada şərab şüşəsi bitəndən sonra onu yenidən süfrəyə qoymaq uğursuzluq sayılır.
İndoneziyada hər iki əliniz daima masanın üstündə olmalıdır .
Yamaykada insanlar danışmayan uşağa toyuq yedizdirilərsə, heç vaxt danışmayacağnı düşünürlər. Buna görə də uşağa toyuq vermirlər.
Nigeriyada insanlar yumurta yeyən uşaqların oğru olacağını düşündüləri üçün onlara yumurta vermirlər.
Fransada yeməyi tələsik yemək kobudluq kimi qəbul edilir.
Yaponiyada yediyiniz yeməyin çubuqlarını dik tutmayın. Bu, yemək yediyiniz ev sahibini, restoranı lənətləmək kimi başa düşülür.
Fransada yeməyin artığını boşqabda saxlamayın, ya da paketlənməsini istəməyin. Hər ikisi də yeməyi bəyənmədiyiniz mənasını verir.
Almaniyada yalnız çörəyin əllə yeyilməsi müsbət qarşılanır.
Qazaxıstanda fincanlara çayı yarımçıq tökərlər. Fincanın ağzına kimi doldurulması, ev sahibinin sizin getməyinizi istəməsi kimi başa düşülür.
Estoniyada yerə düşən çörəyi öpürlər.
Cənubi Koreyada bir şey içərkən başınızı çevirib uzaqlara baxın.