İlin ilk yaz ayında bir anda bir neçə maqnit qasırğası gözlənilir ki, bu da sağlamlığa və əhval-ruhiyyəyə təsir edəcək.
Beləliklə, mart ayında gözlənilən maqnit qasırğalarını təqdim edirik.
Martın 4-ü ayın ən təhlükəli günlərindən biridir. Bugünki maqnit qasırğası meteohəssas insanlarda narahatlıq yaradacaq.
Bundan sonra martın 11-də və 12-də Günəş aktivliyinin artacağı proqnozlaşdırılır. Maqnit qasırğası 4 bal olaraq qiymətləndirilir.
Növbəti maqnit qasırğası martın 18-19-da Yer kürəsini əhatə edəcək.
Martın 31-də baş verəcək maqnit qasırğası güclü və çox təhlükəli olacaq. Gecələr güclənməyə başlayacaq və axşam yeməyinə yaxın zirvə həddinə çatacaq. Astroloqların fikrincə, hətta özünü havadan asılı hesab etməyənlərə də təsir edəcək.