Fazile Camalova

Masibətlərdə manipulyasiya – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 608

Psixologiyada münasibət 1 insana xas olan və ya onu xarakterizə edən psixoloji və mücərrəd varlığdır. Münasibət insanların, obyektlərin hadisələrin fəaliyyətlərin və ideaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Münasibətlərin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn: Eagly və Chaiken münasibəti müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi  ilə ifadə olunan psixoloji meyl kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir etmək kimi emosialar və ümumi oyanış kimi başa düşülür. Münasibət müsbət və ya mənfi ola bilər. Münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Münasibətlər hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə davranışların kodlaşmasına rəhbərlik edə bilər. Münasibət sosial psixologiyada son dərəcə mənfidən son dərəcə müsbətə kimi dəyişə bilir. Karl Yunqun “Yunq Münasibəti” adlı tərifi belədir. Müəyyən bir şəkildə münasibətə və hərəkətə görə dəyişə bilir. Günümüzdə münasibətin fərqli formaları var. Yəni: ailə, dost, iş və şəxsi həyat münasibətləri.

İnsanda sevgini, sayğını, hörməti, dostluğu, güvəni və etibarı hiss etmək bütün münasibətlər üçün keçərlidir. Sağlam münasibət qarşılıqlı anlaşma və etimat üzərində qurulmalıdır. Münasibətdə lazım olan bir neçə xüsusiyyətlər var: Açıq ünsiyyət, maraq hissi, etibarlıq, kamanda işi və s.

Təbii ki, münasibətlərdə toksik münasibətlərdə vardır. Toksik münasibətılər aiddir: Qısqanclıq, asılı vəziyyətə salmaq, manipulasiya.

Hər birimizin istər şəxsi, istərsə də iş həyatında məsqədlərimizə çatmağa əngəl olan, bizi öz yolumuzdan döndərməyə , bizim dəyərli vaxtımızı onlara həsr etməyimiz üçün çalışan insanlar var. Əgər belə hallarla qarşılaşmısınızsa sizin həyatınızda bir manipulator var və siz manipulyasiya olunursunuz. Yaxşı, gəlin baxaq görək “Manipulyasiya nədir?, Manipulatorlar kimlərdir?”

Manipulyasiya – Sosial psixoloji fenomen və ya təsir olmaqla özündə digər insanların düşüncə tərzini, onların davranışlarını, gizli aldatma və güc tətbiq etmə taktikası ilə dayiştirməyə yönəlmiş məqsədyönlü hərəkətləri birləştirən bir anlayışdır. Bu tərif təbii ki, qəlizdir və adətən ümumi anlamda istifadə olunur. Daha sadə dildə desək, idarə edən insanın mənafeinə uyğun şəkildə digər bir insanın gizli idərə olunmasıprosesidir.  Yəni öz təsirinə salınmasıdır. İş yerində, mağazada, münasibətlərdə, ailənizdə istəmədiyiniz bir şeyi ettmədiyiniz tədqirdə məruz qaldığınız fikirlər manipulyasiyadır. Manipulyasiya istəklərini və ehtiyaclarını dilə gətirə bilməyən insanların istifadə etdiyi emasional baxımdan qeyri-sağlam olan bir strategiyadır. Kaliforniya6da zorakılıq və toksik münasibətlər sahəsində mütəxəssis olan psixoloq Shaire Stines deyir ki, “ Başqalarını manipulyasiya etməyə çalışan insanlar onlara nəzarət etmək istəyirlər” və qeyd edir ki, “Kiminsə manipulyasiyasına məruz qaldığın zaman sən çox güman etməyi istəmədiyin bir şeyi etmək üçün psixoloji basqı hiss edirsən”. Manipulyasiya olan şəxsin 3 hissi keçirtdiyi öz təstiqini tapmışdır. “Qorxu, məcburiyyət və günah”. Manipulyasiyaya məruz qalan şəxs isə bunu hiss etməyə bilər. Qarşındakini manipulyasiya etməyə çalışmağın əsl məqsədi digər insanları idərə etməkdir.

manipulyasiya

Mnipulatorun 2 cür oynadığı oyun var. “Zülumkar və qurban”. Sizin üzərinizdə təsiri olan insan sizdən vəzifəcə aşağıdırsa qurban rolunu oynayacaq, vəzifəcə üstündürsə zülumkar və zalım birinə çevriləcək. Və bu zaman o 3 hiss ortaya çıxacaq.

Etmək istəmədiyin bir şeyi etmək üçün qorxu və məcburuyyiət, etməmək üçün isə günah hiss edə bilərsiniz.  Zülumkar rolunda oynayan manipulatorlar fərqli yerlərdə bizim qarşımıza çıxa bilərlər . Məsələn: Müdürümüz, ailə böyüklərimiz və partnyorlarımız. Hər bir xəstəlikdə olduğu kimi manipulyasiyanında özünə məxsus simptomları var. Bunlardan biri diskomfort hissi-özünüzü həmişə narahat hiss edirsiniz.

Günahkarlıq hissi-özünüzü həmişə günahkar hiss edirsiniz.

Bir tərəfiniz etməməlisən dediyi halda o biri tərəfiniz “nədən etmədin, edə bilərdin?”deyə qarşılıq verir.

Digər simptomlardan biri “istəksizlik simptomu”dur ki, nə isə danışmaq və görmək istəmirsiniz lakin buna məcbur edilirsiniz.

Ən çox iş yerində rast gəlinən manipulasiyalardan biri təcililik simulasiyasıdır. Yəni “ Nədir təcililik simuliyasiyası?”

“Bu təcilidir, direktor dedi ki hər hansısa bir iş görülməsə bir problem olacaq”. Amma soruşan yoxdur ki “ sən bu işi görmək istəyirsənmi, əlində işin varmı, edə bilərsənmi, vaxtın varmı,  və s. bu kimi suallar heç vaxt verilmir.  Biz gündəlik həyatımızda manipulyasiyaya məruz qala bilərik. İnformasiya əsrində fərqli formada manipulyasiyalara uğramaq asan olsada bunun fərqinə varmaq çətindir. Manipulyasiyanın başa düşülməsi tamamiylə sizin düşüncələrinizə və hisslərinizə bağlı bir vəziyyətdir. Əgər siz profesianal bir manipulatora “ Məni manipulyasiya etmə desəniz, daha çox hücuma məruz qalacaqsınız. Profisonal manipulatorlar həyatı boyu sağlam və doğru münasibətlər qura bilməyən aciz insanlar olduqlarında bildikləri tək üsul hücuma məruz qoymaqdır. Əslində manipulatorların güclü xarakterə sahib olduqlarını deyirlər, amma bu belə deyil. Əksinə,  onlar zəif olduqları üçün bu yoldan istifadə edirlər. Daha ağıllı və sağlam alternativləri yoxdur. Manipulatorlar nə edir? Manipulatorlar hər zaman ilk öncə sizin danışığınızı diqqətlə dinləyib sizin zəif yönlərinizi tapmağa çalışır. Mövzu nə olursa olsun, sizi həvəsdən salmağa çalışır. Və pis bir sürprizlə sizi yıxmağa hazırdır. Zəif yönləriniz üzə çıxararaq sizi əhval-ruhiyyənizi salıa bilər. Əsas məqsədi insana özünü pis hiss etdirməkdir. Psixoloji mariflənmə nə qədər çox olarsa, manipulasiyaya uğradığını anlamaq daha asan olar. Manipulyasiyadan qurtulmağın ən asan yolu mütləq şəkildə verdiyiniz qərardan dönməyib , manipulatordan qurtulmaqdır.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir