Lavandanı həyatınıza daxil etmək üçün “Gencaile.az”-ın təqdim etdiyi bu səbəblərə bir göz atın.
● 2-3 damcı lavanda yağını birləşdirdiyiniz ovuclarınıza sürtüb, möhtəşəm qoxusunu içinizə çəkdiyinizdə zehni sakitlik verəcək.
● Rahatlamaq üçün lavanda yağını ayaqlarınıza, biləklərinizə, bir sözlə, hər yerinizə sürtüb zövq ala bilərsiniz.
● Yatmadan əvvəl lavandanı qoxulamaq yuxu keyfiyyətini artırır.
● Arı sancmaları, həşərat dişləmələri zamanı qaşınmanı azaltmaq və şişkinliyin qarşısını almaq üçün bir damcı lavanda yağını həmin hissəyə sürtə bilərsiniz. Bu üsul həm də həşəratların sizə dadanmasını əngəlləməyə də kömək olacaq.
● Yüngül yanıqlar zamanı həmin hissəyə acını azaltmaq üçün 2-3 damcı lavanda yağı sürtün.
● Kəsiklər üzərinə bir az lavanda yağı damcıladaraq, qanamanı dayandırın, yaranı təmizləyin və bakteriyaları öldürün.
● Ekzema və dəri iltihabları zamanı bir neçə damcı lavanda yağını qabıqlı yemiş, ya da tərəvəz mənşəli bir yağla ( hindqozu, susam yağı kimi) qarışdıraraq həmin bölgələrin üzərinə çəkə bilərsiniz.
● Mədə bulanması və avtomobil tutması zamanı dilin ucuna, qulaqların arxasına və göbək ətrafına bir damcı lavanda yağı sürtün.
● Burun qanamasını dayandırmaq üçün salfetə bir damcı lavanda yağı damcıladın və salfeti kiçik bir buz parçasına sarıyıb burnunuza tutun.
● Quru, ya da çatlamış dəri üçün lavanda yağını rahatlıqla istifadə edə bilərsiniz.
● Çatlamış dodaqların üzərinə bir az lavanda yağı əlavə edin.
● Soyuqdəymə əlamətlərinin azalmasına da yardım edir.
● Saç kəpəyi kimi probleminiz varsa, saç dərinizə bir neçə damcı lavanda yağı sürtərək kəpəkləri azalda bilərsiniz.