ag balina

“Mavi balına”nın məsum qurbanları

Baxış sayı: 1. 193

Zamanın tələbi olan texnologiya həyatımızı asanlaşdırdığı kimi, özü ilə bərabər neqativ hallar da gətirir. Son illər internetdə azyaşlı və yeniyetmələri təsiri altına alan oyunlar geniş yayılıb. Həmin oyunlar yeniyetmələrə psixoloji təsir etməklə kifayətlənmir, həm də ölümə aparır. “Mavi balına” adlı oyunu xüsusilə qeyd edə bilərik.

Təəssüf  ki, uşaqları intihara məcbur edən “Mavi Balina” oyunu Azərbaycanda da yayılır. Bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” bəzi ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyun qurbanlarının sayı yüzlərlədir.

Oyuna qatılanlardan şiddət doğuran 50 təlimatı həyata keçirmələri tələb olunur. Son mərhələdə isə onlar hündür yerdən özlərini atmalı və ya özünü asaraq intihar etməlidirlər.

“Mavi balina”nın növbəti qurbanları İranda olub. Oyunun son mərhələsində özlərini Xəzər dənizinə atan dörd gəncdən üçü həyatını itirib. Oyun vasitəsilə tanış olan dörd nəfər Şərqi Azərbaycan, Ərdəbil, Xuzistan və İsfəhan əyalətlərindən Mahmudabad rayonuna gələrək, özlərini Xəzər dənizinə atıblar.

Bəs, övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son zamanlar bu məsələnin bütün dünyada gündəmdə olduğunu deyir.  Mütəxəssis vurğululayır ki, sözügedən oyun uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır:

“Düzdür, Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən narahatedici məqamlar var. Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılıb. Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi var. Həmçinin informasiya təhlükəsizliyinə dair agentlik fəaliyyət göstərir. Bu iki qurum  məsələ ilə bağlı ciddi addımlar atmalıdır”.

O.Gündüz qeyd edir ki, Təhsil Nazirliyinin də aidiyyəti bölmələri var. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi kimi qurumlar maarifləndirici işlər aparmaqla problemin həllinə yardımçı ola bilərlər:

“Hesab edirəm ki, xəbərdaredici mesajların verilməsi vacibdir. Aidiyyəti qurumlar media ilə birgə işləyərək belə bir təhlükənin qarşısının alınması üçün hansı addımların atılmasını söyləməlidirlər.

Çünki bu elə bir məsələdir ki, profilaktiki addımların atılması vacibdir. Monitorinq aparılmalı və maarifləndirici tədbirlər həyata keçirilməlidir.

Hüquq-mühafizə orqanları provayderlərlə birgə işləməlidirlər. Qanuna zidd resurslar varsa, onlar bağlanmalıdır. Söhbət qanunvericiliyə zidd olan bütün internet resurslarından gedir. Qurumların məsuliyyətini gücləndirmək lazımdır. Bu, təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin problemidir.




1 şərh ““Mavi balına”nın məsum qurbanları

  1. Hacker

    Mavi balinadan sonra mariam sonra angela və başqaları.
    Bu oyunları yaradanlar qatildir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir