“Mavi” Lenin, adamyeyən Bokassa, “limongöz” Stalin və digərləri… – FOTOLAR

Baxış sayı: 1. 384
Adətən liderlər verdiyi qərarlarla daha çox diqqət mərkəzinə düşürlər. Ancaq bəzən onların şəxsi həyatları, düşüncələri, qəribəlikləri verdikləri qərarlar qədər maraqlı olur. 
Məsələn, düşünə bilərsinizmi ki, verdiyi qərarlar qeyd-şərtsiz yerinə yetirilən bir diktator homoseksual ola bilər?
Elə isə Ölkə.az-ın liderlərlə bağlı kiçik araşdırmasını təqdim edirik.
Tarixin ilk imperatorlarından olan Yuli Sezar (Kaliqula) Neapolitan körfəzində qayıqları sıra ilə düzməyi əmr edibmiş. Səbəb isə su yolu ilə bir şəhərdən digərinə yeriyərərək getmək istəməsi imiş.
İmperatorun başqa bir “şıltaqlığı” yarış atları ilə bağlıymış. O, sevimli atı üçün böyük ev tikdirər, çoxlu qullar təyin edər, hətta qızıldan mükafatlar və bahalı şərablar “hədiyyə” edərmiş.
Haitinin keçmiş prezidenti Fransua Dyuval inanırdı ki, hər ayın 22-si onu müqəddəs ruhlar qoruyur. Bu səbəbdən prezident sarayını yalnız hər ayın 22-si tərk edirdi. O iddia edirdi ki, öz lənətini Amerika prezidenti Con Kennedinin üzərinə göndərib və ABŞ liderinin 22 noyabrda dünyasını dəyişməsi onun ruhları ilə bağlıydı. Hər halda, Dyuval belə düşünürmüş.
Daha bir məşhur lider Adolf Hitlerin bu şakəri isə yəqin ki, çoxlarınız üçün təəccüblü olacaq. Belə ki, o, başqalarının ovuclarına baxmağı çox sevirmiş. Hətta faşist liderin böyük şəxsiyyətlərin ovuc şəkilləri haqda kitabı da var imiş. Hitleri heç vaxt nə idman, nə də əyləncəli oyunlar maraqlandırmayıb.
O, adətən özü ilə eyni tonda danışa-danışa, otağın bir küncündən digər küncünə sürətlə addımlayarmış. Havanın temperaturundan asılı olmayaraq, yay, qış olmasına baxmayaraq heç vaxt gödəkçəsini (pencəyini) insanlar arasında çıxartmayıb. Deyilənə görə, Hitler danışanda ətrafdakıların nə dediyini eşitmirmiş.
İosif Stalin limon yetişdirməyi xoşlayırmış. Deyilənə görə, qəzəblənəndə onun mis rəngli gözləri saralırmış. Nevropataloqa müraciət edən Stalinə həkim paranoik diaqnozu qoyub.
Maraqlıdır ki, həkim məhz həmin diaqnozu qoyduğu gün ölüb. Bütün bunlar Stalin hakimiyyətə gəlməzdən öncə baş verir. O, sovet liderliyinə yüksələndən sonra həmin həkimin adının bütün kitablardan silinməsini əmr edir.
Daha bir diktator Kim Çen İr isə kino “xəstəsidir”. Kolleksiyasında 20 mindən artıq film olan liderin favorit filmləri sırasında “Rembo”, “Ceyms Bond” və “Qodzilla” ilk sıralarda dayanırmış.
Hətta onun mədəniyyətə marağı o qədər böyük olub ki, bir dəfə məşhur xarici aktrisanı qayıq gəzintisi zamanı oğurlamağı və onun studiyasına gətirməyi əmr edib. Diktatorların agentləri bununla kifayətlənməyərək, aktrisanın məşhur kinorejissor olan həyat yoldaşını da oğurlayıblar.
Cütlük girovluğa düşəndən sonra film çəkməyə məcbur olub. Onların çəkdikləri filmlər arasında müxtəlif təbliğati filmlərdən savayı, “Pulqasari” də olub. Səkkiz il sonra ər və arvad girovluqdan qaçıb.
İraqın keçmiş lideri Səddam Hüseynin yeri həmişə gizli saxlanıldığından, hər sarayındakı aşbaz gündə 3 dəfə yemək bişirirmiş. Diktator yeməklə çəhrayı çaxıra üstünlük verirmiş. Deyilənə görə, o, İslam dini icazə vermədiyi üçün çaxırı gizli içirmiş. Səddam Hüseynin məxsusi bir “Quran” kitabı vardı ki, iddialara görə, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.
Mərkəzi Afrika Respublikasının Fransa protektoratı olan Jan Bedel Bokassa isə ağlasığmaz intiqam alması ilə məşhur imiş. Bildirilir ki, o, öz düşmənlərini yeyirmiş. Fransız xüsusi təyinatlarının basqını zamanı onun evində olan soyuducuda çoxlu insan əti tapılması da deyilənləri sübut edir.
Kuba lideri Fidel Kastro ilə bağlı lətifəvari bir əhvalatı diqqətinizə çatdırırıq. Günlərin birində Kastroya Qalapakos tısbağası hədiyyə edirlər. Kastro bu tısbağaya çox bağlanır və soruşur: “Bunlar neçə il yaşayırlar?”.
“400 il” cavabını eşidən Fidel Kastro köksünü ötürüb deyir: “Eh, dünyanın işinə bax, yenicə bir ev heyvanına öyrəşirsən, o da vur-tut 400 il yaşayır”.
Lenin barədə isə indiyə kimi müxtəlif şayiələr dolaşmaqdadır. Məsələn, iddia olunur ki, o, homoseksual olub. Hətta bir müddət öncə onun oğlan sevgilisinə yazdığı intim məktublar mətbuatda dərc olunmuşdu.
Şimali Koreya lideri Kim Çen İn bərbərlərdən hürkür və bu səbəbdən də öz saçını özü kəsir. Şimali Koreyada onun saç stilini gəncliyin və məğrurluğun simvolu kimi təqdim edirlər. Anasının ölümündən sonra 90 kq-a qədər kökələn Kim Jong Un diabetdən və hipertoniyadan əziyyət çəkir.
Deyilənə görə diktator özünü babası Kim İl Sung-a oxşatmaq üçün bəzi plastik cərrahi əməliyyatlar elətdirib. Kim Jong Un-un sevimli film aktyoru Jackie Chan-dır və onun filmlərinə baxmaq üçün xeyli vaxtını ayırır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir