uz derisi

Maya ilə üz dərisinə necə qulluq edilir?

Baxış sayı: 2. 073

Üz dərisi üçün ballı qarışıq

Üz dərisi təmizliyi və pilinq üçün maskanı ev şəraitində özünüz hazırlaya bilərsinz.

Necə hazırlanır?

İki çay qaşığı bal, yarım stəkan qatıq, bir çay qaşığı greyfurt suyunu qarışdırın.

Qarışığı üz dərinizə sürtün. Maskanı 15 dəqiqə sonra yuyun və nəmləndirici krem sürtün.

Maya tərkibli maskalar üz dərisində möcüzələr yaradır. 

Qədim Misirdə qadınlar mayadan gözəllik kremi kimi istifadə edirdilər.

Bundan əlavə maya mikrob öldürücü maddə olduğu üçün yaranın üzərinə də maya sürtərdilər.

Mayanın tərkibində “CM Glukan” adlı maddə var. Bu maddə hüceyrə yenilənməsini tezləşdirir. İmmun sistemini gücləndirir, yaraların sağalmasını tezləşdirir.

Necə hazırlanır?

Bir paket yaş mayaya bir neçə damcı süd əlavə edin və üz dərinizə sürtün. Quruduğu zaman yuyun.

Sodanı təcrübədən keçirdinizmi? 

Soda ilə mükəmməl üz dərisinə sahib ola bilərsiniz.
Necə hazırlanır?

Bir çay qaşığı maya, bir çay qaşığı sodanı 10 damcı su ilə isladın. Üzünüzə sürtün, 15 dəqiqə sonra yuyun.

Maya məsamələri təmizləyər, soda isə üz dərinizi ləkələrdən azad edər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir