Mayonez souslu kartof

Mayonez souslu kartof necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 470

“Gencaile.az” saytının ənənəvi olaraq hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə mayonez souslu kartofun reseptini təqdim edirik.

 

Tərkibindəkilər

• 4-5 ədəd kartof

• 1 xörək qaşığı mayonez

• 1-2 sap təzə yaşıl soğan

• 3 xörək qaşığı qatıq

• Duz, istiot

• 1 xörək qaşığı zeytun yağı

 

Hazırlanması

• Kartofları qaynadıb qabıqlarını soymadan bir kənarda saxlayın.

• Qaz sinisinə yağlı kağız sərib kartofları üzərinə düzün.

• Kartof əzənlə hər kartofun üzərindən basın ki, parçalansın. (Çalışın, qabığından tam çıxmasın.)

• Kartofların üzərinə kərəyağı dilimləri qoyun.

• Sonra istiot və duz səpin.

• 225 dərəcədə isidilmiş sobada qızarana kimi bişirin.

• Süfrəyə təqdim edərkən üzərinə mayonez və qatıqla hazırladığınız sousdan töküb üzərinə təzə soğandan doğrayın.

• Yanında toyuq ya ət təqdim edə bilərsiniz.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir