salat

Mayonezsiz pəhriz salatı necə hazırlanır?

Baxış sayı: 548

Az ərzaqla tez hazırlaya biləcəyiniz dadlı və faydalı salat. Xüsusən də pəhrizdə olanlar üçün idealdır. “Gencaile.az” saytı mayonezsiz pəhriz salatının reseptini təqdim edir.

 

Tərkibi:

0,5 kq kələm ( ağ və ya qırmızı )

2 ədəd yerkökü

yarım dəstə şüyüd

zövqə görə qırmızı, ağ və ya göy soğan

 

Sousu üçün:

3 xörək qaşığı zeytun yağı

1-2 xörək qaşığı limon şirəsi

1 çay qaşığı xardal

duz

 

Hazırlanma qaydası:

İlk öncə qırmızı və ya ağ kələmi nazik doğrayın. Yerkökünü rəndənin iri gözündən keçirin. Yarım dəstə şüyüdü xırda doğrayın. Bir qabda xırda doğranmış kələm, şüyüd və rəndələnmiş yerkökünü qarışdırın. Sousu hazırlamaq üçün başqa bir qabda zeytun yağı, limon şirəsi, xardal və duzu qarışdırın. Sousu salata əlavə edib yaxşıca qarışdırın. Zövqə görə salata ağ, qırmızı və göy soğan əlavə edə bilərsiniz. Salat hazırdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir