mebel

Mebeldən su ləkəsini necə təmizləməli?

Baxış sayı: 1. 406

Sevdiyimiz və bir xeyli pul verdiyimiz mebellərin üzərində su ləkəsi görmək xoşumuza gəlməz əlbəttə. Taxta mebel üzərinə qoyduğumuz əşyalar ləkələnmələrə səbəb ola bilir. Xüsusilə içində maye olan stəkan, şirə qutusu mebelin üzərində ləkə sala bilər. Ona görə mütləq stəkan altlığından istifadə etməliyik. Bundan əlavə isti şeylər də buxarlanmaya və ləkələnməyə səbəb olur.

Açıq rəng mebellərdəki ləkələri təmizləmək tünd rəngli mebellərə nisbətən daha rahatdır. Çünki açıq rəngli mebellər adətən buxardan ləkələnir, ancaq tünd rəng mebellərdəki ləkələr cilalı üzdən keçərək birbaşa taxtanın içinə işləyə bilər.

“Gencaile.az” bu cür problemlərin aradan qaldırılması üçün faydalı məsləhət verir.

mobilya

Mebellərin üzərinə isti və ya içərisi su ilə dolu sərt bir cisim qoyarkən mütləq altına bir şey qoymağı alışqanlıq halına gətirin. Masa örtüyü istifadə etmək çox faydalıdır. Azacıq belə, su tökülsə, taxta suyu əmmədən üzərinə quru parça, dəsmal qoyaraq, suyu silin.

 

Taxtadan su necə təmizlənir?

Köhnəlmiş su ləkələrini də təmizləmək mümkündür. Bunun üçün diş pastasını islaq  əskiyə çəkərək, ləkəli yeri sürtün. Sonra başqa yaş bezlə üzərindən silin. Bundan əlavə qabartma tozu ilə mayonezi qarışdıraraq ləkəni bu qarışımla da silə bilərsiniz. Bunu etdikdən sonra pambıq parçanı ləkəli yerin üzərinə qoyub, buxarsız ütü və ya saç qurutma aləti ilə qurudun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir