Məktəb fobiyasının uşaqlara təsiri

Baxış sayı: 1. 753

Uşaqlarımızın həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər. Qaranlıq fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s. Bəzən biz fobiyaları asanlıqla aşa bilərik, amma bəzən fobiyaları aşmaq üçün müəyyən zaman, müddət tələb olunur.

Hər bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir.

Sentyabr qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Müşahidələr göstərir ki, uşaqlar məktəb həyatının ilk mərhələsində uşaq məktəbdən daxilən uzaqlaşmağa meyl edir. Məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu onlarda gərginlik yaradır. İlk növbədə dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə, əslində heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur. Məktəbə başlamaq, erkən qalxmaq, evdən uzaqlaşmaq və s. kimi bir çox şeylərdən uzaq olurlar. Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə onlara müəyyən məsuliyyətlər verilib. Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq onun üçün çətin olur. Bu bizlərdə də belədir. Bizlərdə yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu bizə  bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də bu fobiyanı adi şəkildə qarşılamamalıyıq. Onların yanında olmalıyıq. Onlar üçün bu yükü yüngülləşdirməliyik.

 Bu dövrdə uşaqlar bir neçə işin öhdəsindən gəlməlidirlər:

1. İlk növbədə yeni kollektiv görür, yeni insanlar tanıyır;

Təbii ki, onlara öyrəşməsi, yeni kollektivə adaptasiya olunması müəyyən zaman alır.

2. Yeni müəllimlər tanıyır, onlara öyrəşməli olur;

Çox zaman uşaqlar məktəbəqədər yaşı dövründə olduqları kollektivi, müəllimlərini unutmur. Bu da yeni kollektivə öyrəşməkdə maneçilik yaradır;

3. Ən əsası bu dövrdə onlar oyun fəaliyyətindən çox təlimlə məşğul olur. Bu onlara cansıxıcı gəlir;

4. Səhər tezdən durur, tez yatmalı olur, hər gün onlara söylənilən “tez yat, yoxsa səhər məktəbə gecikərsən”, “dərsə gecikmək olmaz” kimi ifadələr onlarda gərginlik yaradır.                          Əslində məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən çox sevilən tərəflərini danışsaq, onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəklərini, dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala biləcəyini, birlikdə hər şeyin üstəsindən gələ biləcəyini öyrədə bilməliyik.  Məktəb sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Bunun belə olmayacağını biz uşaqlara danışmalı, başa sala bilməliyik.

Bu dövrdə ən əsası biz valideynlər onlara adaptasiya dövründə kömək olmalıyıq. Adaptasiya dövrünü hər uşaq müxtəlif cür keçirir. Bəzən biz valideynlər hər zaman bir suala cavab axtarırıq – Niyə mənim uşağım digər uşaqlar kimi məktəbə getmir, məktəbə öyrəşmir, məktəbi sevmirlər???

Bunun tək bir cavabı ola bilər …

Biz valideynlər məktəb həyatının adaptasiya dövründə onların yanında olmalı, onları məktəbin vacibiyyəti ilə yanaşı, əyləncəli yer ola biləcəyini danışa bilərik. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək. “Mənə güvənə bilərsən – mən səni hər zaman dinləyəcəm, səninlə hər şeyin üstündən gələ bilərik” kimi ifadələr onları rahatlaşdırır. Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə bu onlara özgüvən verir.

Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik. Məktəb fobiyasının olması onlarda iştahasızlıq, ürək bulanma, narahatlıq kimi hallar ola bilər. Bu hallar əsasən səhər tezdən oyananda baş verə bilir. Valideynlər xəstəsənsə məktəbə getməyə bilərsən sözündən sonra aradan qalxır. Bütün bunlar birlikdə aradan qalxacaq. Yəni, müəllim, valideynlər (ana və ata) birlikdə bu işlərə kömək etməlidir. Uşaqlar bu dövrdə həssas ola bilirlər. Onların yanaşarkən bunları nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər onun üçün çətin olmasın… Çünki sonrakı dövrlər yeniyetməlik, erkən gənclik dövrü onlar üçün yeni problemlər yaranır. Bu dövr onlar üçün daha çətin keçə bilər.

Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar.

Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə – sevgimizdir…….




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir