Bred Pitt və Ancelina Coli cütlüyü toy fotolarını media nümayəndələrinə baha qiymətə satıb.
“Gencaile.az” xarici mətbuatına istinadən xəbər verir ki, cütlük “People” və “Hello” jurnallarında yayımlanan toy fotoları üçün 2 milyon dollar əldə edib.
Qeyd edək ki, cütlük daha öncə 2006-ci ildə dünyaya gələn qızlarının ilk fotosu üçün 4 milyon dollara bir jurnala satmış və əldə etdikləri gəliri xeyriyyə işləri üçün istifadə etmişdi.