Mətbəxdə işini asanlaşdırmaq istəyən xanımlara TÖVSİYƏLƏR

Baxış sayı: 1. 502
Gül kələmi qaynadarkən suyuna yarım çay stəkanı süd əlavə edin, bu şəkildə həm pis qoxusu gedər, həm də kələm dümağ olar.
Balıq qızartdıqdan sonra mətbəxinizə hopan qoxunu aradan qaldırmaq üçün bir qabda 1 çay stəkanı su və 2 şorba qaşığı sirkəni qaynadın. Bu şəkildə balıq qoxusu gedəcək.
Gözəl bir keks bişirməyin ən əhəmiyyətli məqamlarından biri materialların otaq istiliyində olmasıdır.
Plovunun dən-dən və ağ olmasını istəyirsinizsə, içinə bir neçə damla limon damladın
Duz topalanırsa duz qabına bir neçə ədəd düyü qoyun, düyü duzun rütubətlənməsinin və topalanmasının qarşısını alacaqdır.
Şirniyyatlarınız üçün şərbət hazırlayarkən ocağa qoyduğunuz suda şəkər əriyənə qədər qaşıqla qarışdırın. Şəkər əridikdən sonra qarışdırmayın. Qarışdırsanız şəkərlənər.
Tomatı mühafizə etdiyiniz şüşə qaba bir miqdar zeytunyağı əlavə etsəniz çox daha uzun müddət təzə qalacaqdır.
Əllərinizdən sarımsaq qoxusunu təmizləmək üçün əllərinizi duzla ovalayıb sonra sabunla yuyun. Qoxunun getdiyini görəcəksiniz.
Hazırladığınız keksin üzərinə əridilmiş şokolad çəkəcəksinizsə, şokolada bir az kərə yağı əlavə edin. Nəticədə həm ləzzətli olacaq, həm də şokoladı yumşaldacaq.
Balığın yaxşı qızarması üçün, əvvəl bir az südə vurun. Sonra unla qarğıdalı unu qarışığına bulayın və tavada qızardın.
Yeməyinizin duzu çox olarsa, qazana bir neçə parça çiy kartof atın. Çox duzu çəkəcəkdir.
Kartofların cücərməsinin qarşısını almaq üçün kartof səbətinin içinə bir neçə ədəd yaşıl alma atın.
Xəmir işlərini və kekslərin bişirdikdən sonra ən az bir saat istirahət etdirin, sobada çıxaran kimi isti halda servis etsəniz içi xəmir qalar.
Soğan soyarkən gözlərinin yaşarmaması üçün soğanı, su dolu bir qabın içinə qoyun.
Göbələk bişirərkən qaralmaması üçün limonlu suda qaynatmaq lazımdır.
Noxud, lobya və mərci kimi paxlalalıları bişirərkən qaz yaratmasının qarşısını almaq üçün cirə istifadə edin.
Kəsilmiş, yarım qalmış soğan parçalarını saxlamayın, açıq havada qalmış soğan parçası sağlamlığa zərərlidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir