Bəzi yeməklərin qoxusu uzun müddət mətbəxdən getmir, hətta başqa otaqlara da yayılır.
Bunun qarşısını almaq üçün “Gencaile.az”-ın Publika.az-a istinadən təqdim etdiyi məsləhətlərə əməl edə bilərsiniz.
*Balıq, kartof qızartması kimi qoxusu qalan yeməklər bişirdikdən dərhal sonra mətbəxi təmizləyib qabları yuyun. Daha sonra bir qaba paltar yumşaldıcısı töküb vam odda qaynadın. Beləliklə, bütün evi gözəl qoxu bürüyəcək.
*Başqa bir üsul isə bir qədər vanili tavada qovurmaqdır.
*Bir qabın içərisinə bir az su və 1-2 ədəd dəfnə yarpağı töküb qaynadın.
*Qabları yuduğunuz suya limon şirəsi tökün. Hər yeri limonlu su ilə silin.