meymunciceyi

Meymunçiçəyi Azərbaycana da gələcək – Həkimlərdən ŞOK

Baxış sayı: 808

Meymunçiçəyi DNT tərkibli virusdur, koronavirus isə RNT tərkiblidir. Yəni meymunçiçəyi virusunun mutasiyaya uğramaq ehtimalı daha azdır. Meymunçiçəyi virusu ilk dəfə Afrikada tapılıb və orada yayılıb. Əgər çox yayılma ehtimalı olsaydı, antisanitariya və şəxsi gigiyena qaydalarına daha az əməl edən Afrika əhalisi arasında daha çox yayılardı. Hazırda yayılmış meymunçiçəyi virusunun Qərbi Afrika variantı daha yüngül keçirilir, 99% hallarda sağalma ilə nəticələnir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə həkim-radioloq Aydın Əliyev danışıb.

Koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim- radioloq - Aydın Əliyev - YouTube

Həkim xəstəliyin pandemiyaya çevrilmək ehtimalının az olma səbəblərini izah edib:

“ A) inkubasion və prodromal dövrdə, yəni xəstəlik əlamətləri olmayan və az olan şəxslər demək olar ki, yoluxdurucu deyil. B) Hava-damcı yolu ilə az yoluxur. C) Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymunçiçəyindən 85% sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək!

Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymunçiçəyi virusu isə poxovirus ailəsinə aiddir.

Suçiçəyi və meymunçiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri: a) meymunçiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur”.

Həkim əlavə edib ki, meymunçiçəyinə qarşı peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa, bu peyvəndin geniş istehsalı olacaq.

“Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymunçiçəyinin olmasından şübhələnirlər və bu, başa düşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir və bu, çox təəssüfedici bir haldır. Əgər hamiləlik dövrünə qədər bir xanım suçiçəyi xəstəliyi keçirməyibsə və hamiləlik dövründə bu virusa yoluxubsa, o zaman virusun onun qarnındakı uşağa-dölə keçmə ehtimalı var, yəni bu virus plasentar beryerdən keçə bilir və döldə ciddi problemlər yaradır, hətta 24% hallarda yeni doğulanın ölümünə səbəb olur. Bu, ölkəmizdə səhiyyə siyasətinin yanlış olduğunu bir daha göstərir!

Meymunçiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə və hətta cinsi əlaqə yolu ilə ola bilər.

Hava-damcı yolu ilə yoluxma nisbətən azdır, çünki koronavirusdakı kimi kiçik hava-damcı hissəcikləri ilə yoluxma olmur, böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas-öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas yolu ilə olur. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır.

Kliniki əlamətlər təzahür edən şəxslər – yəni qızdırma, baş ağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olan şəxslər özlərini təcrid etməlidir.

Yoluxan şəxslər tecovirimat (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymunçiçəyi virusuna qarşı effektli təsiri sübut edilib.

COVID-19 pandemiyası göstərdi ki, bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı çox gəlir götürdü və aktuallığını artırdı, ona görə də ÜST-nin yeni canfəşanlığı başa düşüləndir, insanlarda lazım olandan daha çox panika yaratmaları anlaşılandır. Qorxub, stress keçirməyə əsas yoxdur”, – Aydın Əliyev qeyd edib.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov isə hesab edir ki, meymunçiçəyi pandemiya ola bilməz:

Şahin Məmmədov başın tərləməsinin səbəbini açıqladı - Günün Səsi

“Pandemiya ona deyilir ki, bir neçə qitədə bu infeksiya geniş yayılsın və öldürücülük qabiliyyəti yüksək olsun. Hələ ki, onun yüksək öldürücülük qabiliyyəti müşahidə edilməyib. Spesifik müalicəsinin olmaması o xəstəliyin sağalmayacağı anlamına gəlmir. Azərbaycanda da nə zamansa bu infeksiyanın görünəcəyi istisna olunmur. Amma narahatlığa əsas yoxdur. Bu virusu koronavirus kimi gündəmə çevirmək düzgün deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir