meyve

Meyvəni günün hansı vaxtı yemək daha faydalıdır?

Baxış sayı: 2. 253

Meyvə və tərəvəzlər müxtəlif vitaminlər, minerallar, orqanik turşular, bioflavonoidlər, antioksidantlar və s. faydalı maddələrlə olduqca zəngindir. Alimlər meyvə və tərəvəzləri ən faydalı qida məhsulları hesab edir və onları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Həkimlərin fikrinə görə, hər gün 500 qr müxtəlif meyvə-tərəvəz yeyən insan özünü bir çox xəstəliklərdən qoruya bilər. Lakin meyvələrdən fayda almaq üçün onları düzgün qəbul etmək lazımdır.

“Gencaile.az” meyvə qəbulunun düzgün qaydalarını sizə təqdim edir:

 

– Meyvələri digər qida ilə qarışdırmayın.

– Meyvələri yeməkdən ən azı 40 dəqiqə əvvəl və ya ən azı 40 dəqiqə sonra yemək olar.

– Həkimlər mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara meyvələri yeməkdən əvvəl deyil, yeməkdən sonra yeməyi tövsiyə edirlər.

– Meyvələri doğramayın, dişləyə-dişləyə yeyin. Bu, diş və damaqların sağlamlığı üçün çox vacibdir. Bu zaman damaqlar massaj olunur, onların qan dövranı yaxşılaşır, dişlərin üzərində olan ərp təmizlənir. Həmçinin, meyvələrin doğranması onlarda vitaminlərin azalmasına səbəb olur.

– Meyvələri faydalı olmağına baxmayaraq, həddindən artıq yemək olmaz. Bu, ishala, köpə, qarın ağrılarına və s. kimi pozulmalara səbəb ola bilər.

– Meyvə şirələrini hazırladıqdan dərhal sonra içmək lazımdır. Əks halda onlar öz faydalı xüsusiyyətlərini itirir. Həmçinin, uzun müddət, hətta soyuducuda qalmış meyvə şirəsi zəhərlənməyə səbəb ola bilər.

– Həkimlərin fikrinə görə, meyvələr mütləq səhər yeməyinə daxil edilməlidir. Alimlər də hesab edir ki, ideal səhər yeməyi hər hansı sıyıqdan, kəsmikdən (yoqurt, yumurta ilə əvəz etmək olar) və meyvələrdən ibarət olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir