Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin….
ABŞ-ın məşhur “Forbes” jurnalı dünyanın bütün varlı insanlarını birləşdirən üç ən vacib amili sıralayıb.
Uğur əldə etməyin sirrləri nəşr tərəfindən onlarla milyarder və multimilyonerlər arasında aparılan sorğu əsasında formalaşdırılıb:
1. Varlı insanların birinci sirri onların müvəffəqiyyətsizliyə uğramaqdan qorxmamasıdır. Əsas olan edilən səhvlər deyil, onlardan düzgün nəticələr çıxartmaqdır. Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin bu halda onlar bu uğursuzluqlardan mütləq dərs çıxarıblar. Unutmayın, ağıllı insan öz səhvlərindən, müdrik insan isə başqalarının səhvlərindən nəisə öyrənir.
2. Milyarderlərin ikinci sirri yeni gəlir mənbələri ilə bağlı problemlərə kreativ yanaşmasıdır. Dünya biznesinin akulaları heç vaxt nail olduqları ilə kifayətlənmir, əldə etdikləri nəticələrə tənqidlə yanaşır və həmişə daha artığına nail olmağa çalışırlar.
3. Varlı şəxslərin üçüncü sirri isə olduqca önəmlidir. Bu həyat yoldaşı seçimi ilə əlaqəlidir. Səni dəstəkləyən və daha vacibi sənin uğur əldə edəcəyinə inanan həyat yoldaşının olması çox-çox əhəmiyyətlidir.