qadin

Minimalizm ilə necə qənaət edə bilərsiniz?

Baxış sayı: 1. 322

Daha çox moda və dekorasiya sahələrində önə çıxan minimalizm trendi qənaət etmək istəyən insanları daha da ilhamlandırır.

Vloqer Kanna Kempbel “less is more”, yəni “az əslində çoxdur” devizi ilə yola çıxaraq təkcə 13 ay ərzində 25 000 ABŞ dolları qənaət etməyi bacarmışdır. Kempbel deyir ki, pul yığa bilmək üçün yüksək aylıq gəlirin olması şərt deyil.

Yüksək aylıq gəlirimiz yoxdursa və ay sonunu güclə gətirdiyimiz bir dövrdə necə pul yığa bilərik ki?

Assorted Commemorative Plates

4 yaşında bir oğlu olan Kempbel işə əvvəlcə minimalist fəlsəfəni həyatına tətbiq edərək başlamışdır. Günümüzdə mebeldən tutmuş geyimə qədər bir çox əşyaları ikinci əl əşyaların satıldığı mağazalardan, tətbiqlərdən almaq olar. Beləliklə, siz israfdan canınızı qurtarıb, pula da qənaət etmiş olacaqsınız. Aylıq məsrəflərə baxdıqda, qida xərclərinin çəkisinin yüksək olduğunu görürük. Evin mətbəx xərclərindən başqa, ofisdə yeməyə çəkdiyiniz xərclərə də diqqət etmək lazımdır. Evdən işə yemək aparmaqla, bu xərcləri əhəmiyyətli dərəcədə azaltmış olacaqsınız.

 

ƏLAVƏ QAZANC YOLLARI

Evdəki fəaliyyətlərinizi çoxaldaraq əlavə gəlir mənbələri formalaşdıra bilərsiniz. Bijüteriya dizaynı və əl işi çantalar son günlərin ən məşhur hobbiləri olmaqla yanaşı, həm də yaxşı qazanc mənbəyidir.

Evinizin bir otağını və ya nadir hallarda getdiyiniz bağ evinizi müxtəlif saytlar və tətbiqlərdə yerləşdirərək kirayədən də qazanc əldə edə bilərsiniz. Bunun daha geniş kütlələrə çatmasını istədiyiniz halda Airbnb və bu kimi digər saytlardan istifadə edə bilərsiniz.

Hər şeydən əvvəl nəyin nə qədər yer tutduğunu müəyyən edin. İlk olaraq önünüzdəki əşyaları aradan qaldırın və nələri pula çevirə biləcəyinizi düşünün. Daha sadə yaşayaraq qənaət edəcək və bu qənaəti də öz xoşbəxtliyiniz üçün istifadə edəcəksiniz.

Round White and Pink Floral Woven Sling Bags




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir