miqren

Miqrendən əziyyət çəkmək istəmirsinizsə…

Baxış sayı: 1. 433

Kifayət qədər maqnezium qəbul etmədikdə təhlükəli vəziyyətlə üzləşə bilərsiniz. Maqnezium çatışmazlığının ilkin əlamətləri ürəkbulanma, yorğunluq və iştahanın kəsilməsidir. Ancaq bunlar başqa problemlərin də əlaməti ola bilər. Belə halla üzləşərkən problemin maqnezium çatışmazlığında olduğu heç kimin ağlına gəlmir.

Qadınlar gündəlik olaraq 320 mq, kişilər isə 420 mq maqnezium qəbul etməlidir.

Qida rasionunuzda bütöv dənli taxıllardan hazırlanmış qidalar, həmçinin, paxlalı bitkilər, çərəz, göyərti və tərəvəzlər geniş yer tutursa, maqnezium çatışmazlığından narahat olmağa dəyməz.

Ancaq aşağıdakı əlamətlər varsa, həkimə müraciət etməlisiniz:

 

1. Yüksək təzyiq

Kifayət qədər maqnezium qəbul etməyəndə təzyiq yüksələ bilər.

 

2. Əzələ spazması

Orqanizm uzun müddət maqneziumsuz qaldıqda əzələ spazmaları müşahidə edilə bilər.

 

3. Sümük əriməsi

Maqnezium sümükləri gücləndirir və sizi sümük əriməsindən qoruyur.

 

4. Başağrısı

Araşdırmalar göstərib ki, miqrendən əziyyət çəkənlərin çoxunda maqnezium çatışmazlığı müşahidə edilir. Orqanizmdə kifayət qədər maqnezium olmadıqda başağrısı müşahidə edilir, həmçinin, miqrenə yaxalanmaq riski artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir