mirvari bezekler

Mirvari bəzəklər yenidən dəbə minir?

Baxış sayı: 1. 497

Bu yay mirvari aksessuarlar dəbdədir. Belə ki, bu mövsüm mirvarilərin hər cür forması qarşımıza çıxacaq. Mirvari boyunbağılar, sırğalar, hətta saç bəzəkləri yeni mövsümdə mücrüdən çıxarılmaq şansı qazanıb. Lakin qeyd etmək lazımdır ki, bu dəfə dizaynerlər adət edilmiş mükəmməl formaları kobud və asimmetrik mirvarilərə dəyişib. İndi dənizdən çıxarılan əyri-üyrü sədəf dəbdir. Əbədi klassika öz görünüşünü dəyişərək daha cəsarətli və böyük olub. Qeyri-adi böyüklükdə mirvari bilərzik, sırğa, saç bəzəyi və üzüklər hər bir modapərəstin diqqətini çəkməyi və hər zövqə xitab etməyi bacarıb.

 

Barokko

“Barokko” portuqal dilindən tərcümədə əyri-üyrü miravi deməkdir. Odur ki, barokko mirvarilər kimi hər şeydə ekssentrik olmağa meyllidir. Böyük və assimetrik incilərin metalla vəhdəti, eləcə də dəbdəbə və teatrallıq müasir bəzək əşyaları və “təmtəraqlı” sözündən qorxmayanlar üçün xarakterikdir.

 

Minimalizm

Parlaq daş-qaşlarla işlənmiş həcmli sırğaları və kaffların yerini bu yay zərif mirvarilər tutacaq. İkinci həyat qazanan mirvarilər yeni formaları sayəsində yenidən bədii obrazların yaradılmasında ayrılmaz detal olacaq.

 

Saç bəzəkləri

Mirvari saç aksessuarları yeni mövsümün əsas trendinə çevrilib. Mirvarilər istər obodoklara, istər saç sancaqlarına, istərsə də saç rezinlərinə xüsusi bəzək verir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir