mobil telefon

Mobil telefondan düzgün istifadə qaydaları – 8 ÜSUL

Baxış sayı: 1. 441

Həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz telefonlar insanlarla ünsiyyətdə işimizə yarasa da, digər yandan sağlamlığımıza zərər verir. “Gencaile.az” sizə mobil telefondan sağlam şəkildə istifadə etməyin yollarını təqdim edir.

 

1.   Yatarkən mobil telefon söndürülməli və baş ucundan ən az 1 metr uzağa qoyulmalıdır.

2.   Telefon alarkən SAR dəyəri aşağı olan telefonlar tərcih edilməlidir.

3.   Telefonda dinamiklərlə danışılmalıdır.

4.   Telefonun başdan uzaq tutulması üçün kabelli qulaqcıqlardan istifadə daha məsləhətlidir.

5.   Böyümə və inkişaf dövründə olan uşaqlarda mobil telefon istifadə yaşı gecikdirilməlidir.

6.   Hamilələrin mobil telefondan istifadəsi məsləhət görülmür. Mümkünsə əlaqə saxlamaq üçün kabelli ev telefonlarından istifadə edin.

7.   Birinə zəng etdiyinizdə qarşı tərəf cavab verənə qədər telefon bədəndən uzaq tutulmalıdır. Əlaqə yaradıldıqdan sonra telefonu qulağınıza tutun.

8.   Uşaq otağı, yataq otağı və uşaqların yaxınlıqlarında mobil telefon saxlamayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir